Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
Artıq "Azərpoçt" MMC-nin internet səhifəsi üzərindən müxtəlif kommunal, mobil, stasionar telefon, kabel TV və internet provayderlərin ödənişlərini həyata keçirə bilərsiniz.
   BillPay-Online Ödəmələr
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Missiya

Poçt uzun müddət insanlar arasında əsas və yeganə ünsiyyət vasitəsi olmuşdur. Min illər ərzində insan təfəkkürü məlumat ötürülməsi, zəruri informasiyaların çatdırılması üçün müxtəlif üsul və vasitələr icad etmişdir. Elm və texnikanın inkişafının daha dinamik inkişaf və təşəkkül tapmağa başladığı XIX əsrin sonundan etibarən isə poçtun və eləcədə rabitənin inkişafında yeni era başlamışdır. Elmi-texniki tərəqqinin praktiki nəticəsi olaraq yeni poçt xidmətləri və imkanları yaranmışdır. Teleqramlardan tutmuş erlektron poçtun meydana gəlməsinə qədər (həmçinin hibrid poçt xidmətləri) sıçrayışlı inkişafın nəticəsi olaraq insanlar arasında ünsiyyət asanlaşmış, ən əsası isə sürətlənmişdir.
    Baş verən bütün məzmun dəyişkiliklərinə baxmayaraq, missiyası və funksiyası dəyişməz qalmışdır. Belə ki, poçt min il bundan əvvəl olduğu kimi yenə də insanlar arasında rəsmi və təhlükəsiz məlumat ötürmə vasitəsi, ən ucuz formada bağlama və digər əşyaların çatdırma xidmətidir. Odur ki, hər bir poçt xidmətinin əsas missiyası insanları bir-birinə daha da yaxınlaşdırmaq və doğmalaşdırmaq, təkrarolunmaz hisslər doğurmaq və onlara unudulmaz anlar bəxş etməkdir. Müasir elektron vasitələr üzərində qurulan ünsiyyət vasitələrinin heç biri qeyd edilən bu xüsusiyyətlərə malik olmadığı üçün ənənəvi poçt xidmətləri insanlıq durduqca yaşayacaqdır.
    "Azərpoçt" Dövlət Müəssisəsi də respublikamızda poçt xidmətləri göstərən yeganə milli poçt operatoru olduğuna görə onun da üzərinə böyük vəzifələr düşür. Bu baxımdan, müəssisənin əsas missiyası həm fərdi şəxslərə həm də biznes qurumlarını geniş çeşiddə, aşağı qiymətlə və mümkün qədər daha geniş ərazidə keyfiyyətli xidmətlərlə təmin etməkdir.
   
   Azərpoçtun əsas məqsədi:

    Poçt xidmətləri sahəsində: "Poçt rabitəsi haqqında" Qanun çərçivəsində milli poçt operatoru kimi bütün Azərbaycanın ərazisi boyunca keyfiyyətli universal və digər poçt xidmətlərini görmək, poçt xidmətlərinin davamlılığını təmin etmək, xidmətlərin daimi keyfiyyətini artırmaq və əhalinin bütün təbəqəsi üçün və biznesin bütün kateqoriyası üçün xidmətləri müyəssər etməkdir. Eyni zamanda keyfiyyətli və etibarlı logistika xidmətlər görməkdir.
    Poçt-maliyyə xidmətləri sahəsində:"Banklar haqqında" və "Poçt rabitəsi" haqqında qanunlar çərçivəndə bütün Azərbaycan ərazisində standartlaşdırılmış, əhalinin və biznesin bütün kateqoriyası üçün müyəssər və əlverişli olan yüksək keyfiyyətli poçt-maliyyə xidmətləri görməkdir.

Alış Satış
0.9651 0.9951
0.7825 0.7875
0.0103 0.0113
SDR 1 SDR 1,1531