Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
Artıq "Azərpoçt" MMC-nin internet səhifəsi üzərindən müxtəlif kommunal, mobil, stasionar telefon, kabel TV və internet provayderlərin ödənişlərini həyata keçirə bilərsiniz.
   Online Ödəmələr
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
Perspektivlər

Layihə çərçivəsində görülmüş işlərlə yanaşı, 2008-ci il ərzində aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:

1. Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin alınaraq quraşdırılması.

Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin satınalınması üçün ilk olaraq Dünya Bankının satınalmalara dair qaydalarına və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender keçirilmişdir. Bu ilin sonunadək sistemin Baş İdarədə qurulması, ilkin olaraq Bakı şəhərində 1 poçt filialında və 5 poçt şöbəsində sınaqdan keçirilməsi planlaşdırılır. Növbəti ilin sonunadək isə bu sistemin "Azərpoçt" DM-in bütün PŞ-lərini əhatə etməsi gözlənilir.

2. PF və PŞ-lərin avtomatlaşdırılmasının davam etdirilməsi. "Azərpoçt" DM-in filiallarının avtomatlaşdırılmasının davam etdirilməsi məqsədilə müəssisənin tabeliyində olan PF və PŞ-lər üçün 750 ədəd komputer və 750 ədəd printerin satınalınması nəzərdə tutulmuşdur. Avtomatlaşdırmanın növbəti mərhələsində isə digər PŞ-lərin tam avtomatlaşdırılması həyata keçiriləcək.

3. "Azərpoçt" DM-in tabeliyində olan PF və PŞ-lərin "azdata.com" şəbəkəsinə qoşulması. "Azərpoçt" DM-in bütün PŞ-lərin "azdata.com" şəbəkəsinə qoşulması 2008-2009-cu illlərdə həyata keçirəcək. Qoşulma ilə əlaqədar olaraq tələb olunan kommunikasiya avadanlıqlarının alınması da paralel olaraq yerinə yetiriləcək.

4. Treyninqlərin keçirilməsi. Layihənin icrasına cəlb edilən "Azərpoçt" DM-in Baş ofisinin, eləcədə PF və PŞ-lərin işçilərinə treyninqlər 2008-ci ildə də həyata keçirilməsi planlaşdırılır. Treyninqlər həm yerli, həm də xarici olmaqla beynəlxalq treynerlər və yerli ekspertlər tərəfindən aparılacaq. Təlim prossesi "Treynerlərin treyninqi" sistemi üzrə həyata keçiriləcəkdir. Yəni ilk olaraq bir qrup treynerlərə treyninq keçiriləcək, sonra isə həmin treynerlər vasitəsilə daha geniş sayda işçilər üçün treyninq aparılacaq.

5. Korporativ struktura keçidin başa çatdırılması. "Azərpoçt" DM-in bazar və məhsul yönümlü struktura keçidinin zəruriliyini nəzərə alaraq, ilkin mərhələdə Baş İdarədə struktur dəyişikliyinin həyata keçirilməsinə başlanılmışdır. Layihə üzrə müəssisənin yeni xidmətlər göstərməyə başlaması əsas gətirilərək yeni şöbələr yaradılmış, bir sıra lüzumsuz hesab edilən şöbələr ləğv edilmiş, bəziləri isə yeni funksionallıqlar daxil olmaqla yeni əsaslarla qurulmuşdur.

Korporativ restruktrizasiya prosesinin ikinci mərhələsində filialların təşkilati strukturunun yenidən qurulmasına başlanılmışdır. Baş İdarənin strukturuna uyğun olaraq filiallarda da bir sıra yeni şöbələr yaradılmış, bəziləri isə ləğv edilmiş və ya digər oxşar funksiya yerinə yetirən digərləri ilə birləşdirilmişdir.

Korporativ restruktrizasiya prosesinin üçüncü-sonuncu mərhələsində isə poçt şöbələrinin funksionallığına və orada olan əmək bölgüsünə nəzər salınacaq və bir sıra zəruri dəyişikliklər ediləcək.

Alış Satış
1.0175 1.0475
0.7820 0.7860
0.0212 0.0220
SDR 1 SDR 1,1913