Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
3D Secure xidməti

«3D Secure» - dələduzluq hallarından mühafizə olunmaq və internet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizləşdirilməsi imkanı verən texnologiyadır.

Aktiv internet istifadəçiləri çox vaxt internetdə plastik kartla ödəniş etməli olurlar. Bu zaman adətən etirablılığı sual altında olan saytlarda məxfi məlumatı qeyd etmək lazım gəlir. Beləliklə, dələduzluq qurbanı olma riski yaranır. Kartın itirilməsi və ya oğurlanması zamanı bu risk daha da artır. Kartdan internetdə istifadə etmək cinayətkar üçün problem yaratmır – bütün lazım olan məlumatlar kartın üzərində qeyd edilmişdir.

Artıq “Azərpoçt” MMC-nin MasterCard kart sahibləri internet vasitəsilə həyata keçirdikləri əməliyyatları təhlükəsizləşdirə və itki riskini xeyli azalda bilər. Bu internet-ödənişlərin təhlükəsizliyinin təmin edilməsində "3D Secure" adlı texnologiyanın tətbiqi vastəsilə həyata keçirilir.

Bu müasir texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi "3D Secure" şifrəsi vasitəsilə ilə “online” ödənişlərin daha təhlükəsiz şəkildə həyata keçirilməsidir.

“3D Secure” təhlükəsizlik standartını dəstəkləyən saytlarda mal və ya xidmətlər üçün ödəniş edən zaman müştəri  "3D Secure" parolunu daxil edir və yalnız parolun təsdiqindən sonra ödənişi keçirir.

Müştəri həmçinin “3D Secure” şifrəsini dəyişə və ya qeydiyyatdan keçirtdiyi ödəniş kartında bu xidməti deaktiv edə bilər. Ödəniş kartını “3D Secure” üzrə aktivləşdirmək üçün aşağıda qeyd olunan linkdən istifadə edin: 

https://signup3d.millikart.az/

Qeyd: “3D secure” xidmətinin  qeydiyyatı pulsuzdur.

Əlavə məlumat üçün (012) 431 22 02 nömrəsi ilə əlaqə yarada bilərsiz.

Alış Satış
1.9500 1.9850
1.6900 1.7050
0.0280 0.0286
GBP 2.1700 2.2400
SDR 1 SDR 2,3859