Kommunal xidmət haqlarının yığılması "Azəriqaz"İB , "Azərenerji"SC, "Azərsu"SC ilə bağlanmış müqavilələrə əsasən PF-lərdə kommunal xidmət haqları, qaz, elektrik enerji, su və kanalizasiya haqları yığılır. Eyni zamanda abonentlərin təbii qaz haqlarına olan borcları göstərən bildirişlər PŞ-lər tərəfindən çatdırılır.
Pul baratlarının qəbulu və çatdırılması Pul baratları (moniqramlar) yalnız Azərbaycan Respublikasının daxilində göndərilmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanmış "On Line" sistemi üzrə işləyən xüsusi proqram əsasında birbaşa təyinat məntəqəsinə göndərilmək üçün qəbul edilir.
Respublika daxilində göndərilmək üçün qəbul edilən sürətli pul baratları, göndəricidən qəbul edildikdən sonra ən geci 15 dəqiqə ərzində kompüter vasitəsi ilə təyinat məntəqəsinə ötürülür və müvafiq rəsmiləşdirmədən sonra respublikanın şəhər və rayonlarında dərhal, digər yaşayış məntəqələrində isə 1-2 gün müddətində ödənilir.
Bir moniqramın məbləği 2000 (iki min) manatla məhdudlaşdırılır. Eyni göndərici tərəfindən göndərilən moniqramların sayına və ümumi məbləğinə məhdudiyyət qoyulmur.
Respublikanın kənd yerlərində yerləşən və hələlik kompüter olmayan poçt şöbələri tərəfindən qəbul edilən moniqramlar həmin şöbələrdən rayon mərkəzlərinə telefonla ötürülür və oradan kompüter vasitəsi ilə şəbəkəyə verilir. Belə poçt şöbələrinin xidmət ərazisinə ünvanlanmış moniqramlar da həmin poçt şöbəsinə rayon mərkəzindən müvafiq qaydada telefonla ötürülür. Bu əməliyyatlar 30 dəqiqə ərzində həyata keçirilir.
Adi poçt pul baratlarının da qəbulu və işlənilməsi eyni ilə moniqramlarda olduğu kimidir. Yeganə fərq onların yalnız 5 gündən sonra ödənilməsi mümkünlüyüdür.
Telefon abunə və danışıq haqlarının yığılması xidməti "Aztelkom"İB, "BTRİB", "Azərcell"BM, "Bakcell"BM, "Ultel"BM və "Katel"BM-ləri ilə baglanmış müqavilələrə əsasən PŞ-lərdə abonentlərdən aylıq abunə və şəhərlərarası telefon danışıq haqları qəbul olunur. Eyni zamanda "Aztelkom"İB-nin,"BTRİB"-nin və "Azərcell"BM-nin abonentlərinə PŞ-lər və Azərekspresspoçt tərəfindən telefon danışıq borclarının bildirişləri, fakturaları çatdırılır.
Mobil rabitə operatorlarının abunə və danışıq haqlarının yığılması xidməti "Azercell" BM ilə "Azərpoçt" DM arasında bağlanmış müqaviləyə əsasən "Azercell" BM-nin mobil telefonlarından bütün poçt şöbələrində əhaliyə telefon danışıq xidməti göstərilir.
Bundan əlavə "Azercell" BM-nin və "Baksell" MMC-nin abunəçilərindən aylıq abunə və ŞAD haqlarının yığımı həyata keçirilir.
Pensiya və müavinətlərin ödənişi xidməti Son zamanlar əhaliyə pensiya və müavinətlərin ödənilməsi əsasən elektron formada yəni bankomatlarla aparılmasına baxmayaraq bir çox şəhər və kəndlərdə əhaliyə pensiya və müavinətlər "Azərpoçt" DM-nin PŞ-ləri tərəfindən ünvanlara çatdırılır.
Bankomatlardan istifadə etməyi bacarmayan və bankomatların yerləşdiyi yerə getmək üçün əlavə vaxt və məsrəf tələb olunduğu üçün əksər təqaüdçülər poçt xidmətinə üstünlük verirlər.
Sürətli pul köçürmə xidmətləri Sürətli pul köçürmələri haqqında qısa məlumat
Hal-hazırda "Azərpoçt"DM-də Maliyyə xidmətlərinin inkişafı layihəsi icra olunmaqdadır. Bu layihə tam başa çatdıqdan sonra "Azərpoçt"DM dünyanın ən geniş əhatəli təcili pul köçürmə sistemlərinə (Western Union, Travelex, Xpress- Money, Migom və s. ) qoşulmaq imkanı əldə edəcəkdir.
Bu sistemlər vasitəsi ilə dünyanın istənilən nöqtəsinə ən qısa vaxt kəsiyində təcili pul köçürmələrini həyata keçirmək mümkün olacaq.
Təcili pul köçürmələri sistemlərinin əsas üstünlükləri aşağıdakılardır:
1. operativlik-bank hesabı açılmadan ən qısa zamanda rəsmiləşdirmə
2. sürətlilik- cəmi 5-15 dəqiqə ərzində vəsaitin təyin olunan məntəqəyə çatdırılması
3. rahatlıq-geniş şəbəkə vasitəsilə pulun köçürülməsinin rahatlığı
4. təhlükəsizlik-hər bir sistem üzrə xüsusi təhlükəsizlik sistemlərinin mövcudluğu
Hal-hazırda "Azərpoçt"DM-in bir sıra şöbələri Western Union pul köçürmə sisteminə qoşulmuşdur və hələlik yalnız daxil olan pul köçürmələrinin ödənişi (Pay Money) xidməti göstərilir.
Sığorta xidmət haqlarının qəbulu və Aviabiletlərin satışı Respublikada fəaliyyət göstərən "QLOBAL"MMM və "Ata Sığorta"ASC ilə bağlanmış müqavilələrə əsasən PŞ-lərdə Sığorta xidmət haqları qəbul olunur və aviabiletlərin satışı həyata keçirilir.