 |
Bəybalayev Qəmbər Bəylər oğlu - Baş direktor 01.03.1957-ci ildə Azərbaycan Respublikasının Quba rayonunun Əlik kəndində anadan olmuşdur. 1973-cü ildə Çingiz İldrım adına Azərbaycan Politexnik İnstitutunun Avtomatik elektrik rabitəsi ixtisası üzrə elektrotexnika fakultəsinə daxil olmuşdur. 1978-ci ildə həmin institutu bitirərək təyinatla Respublika Elektrik Rabitəsi və Radiolaşdırma Qovşağında mühəndis, böyük mühəndis vəzifələrində işləmişdir. 1985-1988-cı illərdə Respublika Elektrik və Radiolaşdırma Qovşağının rəisi, 1988-1997-ci illərdə "Rayon Rabitəsi" İstehsalat Birliyinin baş mühəndisi, 1998-ci ildə "Aztelekom" İB-nin baş mühəndisi, 27.04.1998-ci ildən 23.04.2001-ci il tarixədək isə "Aztelekom" İB-nin baş direktoru vəzifəsində işləmişdir. 2001-ci ildən hal hazıradək "Azərpoçt" DM-nin Baş direktoru vəzifəsində çalışır. 2002-ci ilin yanvar ayının 28-də KŞ-17 saylı əmrlə Rabitə Nazirliyi tərəfindən "Rabitə Ustası" adına layiq görülmüşdür. 13 noyabr 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika elmləri namızədi alimlik dərəcəsi almışdır. Dossentdir. Bir dərs vəsaitinin, dörd kitabın, beş ixtira üzrə patentin və 15 texniki məqalənin müəllifidir. Azərbaycan Respublikasının Baş Naziri A.Rasi-zadənin 22.06.2005-ci il tarixli 115 saylı Qərarı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiya üzvü seçilmişdir. Azərbaycan Texniki Universitetinin dosentidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən rabitə sahəsində səmərəli fəaliyyətinə görə dəfələrlə Fəxri fərmanlarla təltif edilmişdir. Eyni zamanda, 1991-1992-ci illərdə bütün döyüş bölgələrində, həmçinin Dağlıq Qarabağ və onun ətraf rayonlarında rabitə əlaqəsinin yaradılmasında bilavasitə iştirak etmişdir. Kapitan rütbəsindədir. Müharibə veteranıdır.
|
 |
Süleymanov Nazim Süleyman oğlu - Maliyyə xidmətləri üzrə BDM 06.04.1958-ci ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Cəbrayıl qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə təsərrüfatın iqtisadiyyatı və planlaşdırılması fakultəsinə daxil olmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildə fəhlə kimi başlamışdır. 1993-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankında baş iqtisadçı, Azərbaycan Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankında aparıcı iqtisadçı, idarə rəisinin müavini, Beynəlxalq bank əməliyyatları idarəsinin rəisi, Beynəlxalq bank əməliyyatları departamentinin direktoru, Birləşmiş İnvestisiya Səhmdar Bankında Beynəlxalq əməliyyatlar departamentinin direktoru, Birləşmiş Universal Səhmdar Bankında Əməliyyatlar blokunun baş direktoru, "AtaBank" Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müavini vəzifələrində işləmişdir. 2006-cı ildən hal hazıradək "Azərpoçt" DM-nin Baş direktor müavini vəzifəsində çalışır.
|
 |
Kazımov Sübhan Kazım oğlu - Poçt xidmətləri üzrə BDM 01.04.1966-cı ildə Ermənistan Respublikasının Basarkeçər rayonun Dərə kəndində anadan olmuşdur. 1983-1990-cı illərdə Çingiz İldrım adına Azərbaycan Politexnik İnstitutunun elektron hesablayıcı maşınları ixtisası üzrə hesablama fakultəsinin əyani şöbəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1991-ci ildə mühəndis-elektrik vəzifəsindən başlamışdır. 1992-1993-ci ildə "Proqress" firmasında sex rəisi, Baş direktor, 1993-1998-ci illərdə BMQ zavodunda baş mexanik, 1998-2002-ci illərdə "Alo İnform" şirkətində Texniki şöbənin rəisi vəzifələrərində işləmişdir. 09.10.2002-ci ildən "Azərpoçt" DM-də Texniki şöbənin rəisi, 07.07.2004-cü ildən hal-hazıradək "Azərpoçt" DM-nin Baş direktor müavini vəzifəsində çalışır.
|
 |
Qədimov Həsənəli Hüseynəli oğlu - Maliyyə məsələləri üzrə BDM 25.02.1942-ci ildə Azərbaycan Respublikasının Ağstafa rayonun Poylu kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə olaraq başlamışdır. 1965-ci ildə Çingiz İldrım adına Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı ixtisası üzrə mexanika fakutəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 1973-ci ildə həmin institutu bitirərək Poylu sovxozunda Baş mühəndis-mexanik, sovxoz direktoru işləmişdir. 1990-1991-ci illərdə Ağstafa rayon XDS İcra komitəsinin sədri, 1992-1995-ci illərdə Poylu sovxozunun direktoru, 1995-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. 2004-cü ildən "Azərpoçt" DM-də Nəqliyyat şöbəsinin rəisi, 2006-cı ildən hal-hazıradək Baş direktor müavini vəzifəsində çalışır.
|
 |
Nurəliyev Elşad Balaxan oğlu - Baş direktor köməkçisi 26 may 1962-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri A.Şaiq adına 54 saylı orta məktəbdə başa vurduqdan sonra, 1979-cu ildə Bakı Rabitə Elektrotexnikumuna daxil olmuşdur. Oxuduğu müddətdə "Komsomol" gənclər təşkilatının sədri seçilmişdir. 1982-ci ildə Bakı Rabitə Elektrotexnikumunu "çoxkanallı elektrik rabitəsi" ixtisası üzrə bitirmişdir. 2004-cü ildən rabitəçi kimi təhsilini davam etdirmək məqsədilə Ukrayna Respublikası A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasına daxil olmuşdur. 2008-ci ildə həmin Akademiyanın magistraturasını İdarəetmə Menejmenti ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1984-cü ildə rabitə sahəsində İstehsalat ölçmə labaratoriyasında mühəndis kimi başlamışdır. 1989-1993-cü illərdə "Rayon Rabitəsi" İstehsalat Birliyində böyük metodist, metodist, mühəndis, rəis müavini, 1997-ci ilin yanvar ayından "Aztelekom" İB-də mühəndis, Baş direktor köməkçisi vəzifələrində işləmişdir. 2001-ci ilin may ayından isə "Azərpoçt" DM-də baş direktorun köməkçisi vəzifəsində çalışır. Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə.Abbasov tərəfindən Azərbaycan Respublikası telefon rabitəsinin yaradılması münasibəti ilə rabitə sahəsində səmərəli fəaliyyətinə görə "Fəxri fərman"la təltif edilmişdir. Gəncədə keçirilmiş İnformasiya Texnologiyaları üzrə Beynəlxalq Elmi Praktiki konfransda iştirak etmişdir. Yeddi elmi məqaləsi dərc edilmişdir (4 poçt rabitəsi üzrə, 2 menecment və 1 siyasi məqalə).
|
 |
Əfəndiyev Vüqar Sabir oğlu - Mühasibat uçotu və hesabat şöbəsi - Rəis 01.09.1978-ci ildə Qax rayonu Qorağan kəndində anadan olmuşdur. Orta təhsilini Qax rayonu Qorağan kənd orta məktəbində 1994-cü ildə başa vurduqdan sonra, həmin ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olmuşdur. Həmin İnstitutun Dövlət və bələdiyyə idarəetməsi fakultəsini "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. Əmək fəaliyyətinə rabitə sahəsində 1998-ci ildən Qax Poçtamtında iqtisadçı kimi başlamışdır. 1999-2002-ci illərdə Yasamal poçtamtı, "Azərekspresspoçt" RM iqtisadçı, Səbail poçtamtında iqtisadçı, Proqramlaşdırma və marketinq şöbəsinin rəisi, Maliyyə və Uçot şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2002-ci ilin aprel ayından "Azərpoçt" DM-nin Mühasibat Uçotu şöbəsinin rəis müavini vəzifasində işləmişdir. 2007-ci ilin avqust ayından "Azərpoçt" DM-nin Mühasibat Uçotu və Hesabat şöbəsində rəis müavini, 2008-ci ilin yanvar ayından isə şöbə rəisi vəzifəsində çalışır.
|
 |
Şərifov Təvəkgül Kamal oğlu - Hüquq şöbəsi - Rəis 27.10.1962-ci ildə İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1980-ci ildə orta məktəbi bitirmişdir. 1982-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuş və 1988-ci ildə Universiteti "hüquqşünas" ixtisası ilə bitirmişdir. Əmək fəaliyyətinə 1982-ci ildə ?Bakı Ağac Yonqarları Plitəsi? zavodunda nəzarətçi kimi başlamışdır. 1990-1997 - ci illərdə Azərbaycan ETMEİ redaksiya nəşriyyatı və elmi informasiya şöbəsində baş laborant vəzifəsində işləmişdir. Xirdalan SK Aqrar Sənaye Bankında 1-ci dərəcəli Hüquqşunas vəzifəsində çalışıb, 2000-ci ildə "Azərpoçt" DM-nin Hüquq şöbəsinə hüquqşünas vəzifəsinə təyin edilmişdir. 2007-ci ilin avqust ayından "Azərpoçt" DM-nin Hüquq şöbəsinin rəisi vəzifəsində çalışır.
|
 |
Məmmədov Rauf Əliməmməd oğlu - Əsas vəsaitlərin idarə olunmasi şöbəsi - Rəis 16.08.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri Yasamal rayonu 158 saylı orta məktəbdə almışdır. 1980-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və oranı sənaye və mülki tikinti ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ilin dekabr ayından suvaqçı kimi başlamışdır. 1984/86-da "OPSMZ" zavodunda mühəndis, 1986/1990-da Rabitə nazirliyi T.M.M-də mühəndis, 1990/97-də Bakı şəhər MTİB-nin TMM mühəndisi, Baş mühəndis, Səbayel raonu MTKB mühəndisi, Baş mühəndis, 1997/98-də Rayonlararası TTT-nin 1 saylı TTİ-də rəis vəzifələrində işləmişdir. 1998-ci ildən "Azərpoçt" DM-də mühəndis, rəis müavini, 2007-ci ilin avqust ayından isə Əsas vəsaitlərin idarə olunması şöbəsinin rəisi vəzifəsində çalışır.
|
 |
Rəhimova Taliyə Salman qızı - Katiblik şöbəsi - Rəis 07.05.1963-cü ildə Ermənistan SSR-in Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. Orta təhsilini Meğri rayonu Səməd Vurğun adına Aldərə kənd orta məktəbində başa vurduqdan sonra, 1980-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. 1985-ci ildə həmin İnstitutun İstehsalat prosseslərinin avtomatlaşdırılması fakultəsini "mühəndis-sistemotexnik" ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 2002-ci ildən "Azərpoçt" DM-də mühəndis kimi başlamışdır. 2007-ci ilin avqust ayından isə "Azərpoçt" DM-nin Katibliyinin rəisi vəzifəsində çalışır.
|
 |
Nəsirova Sevil Çingiz qızı - İnsan Resursları şöbəsi - Rəis 15.05.1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri Yasamal rayonu 199 saylı orta məktəbi bitirmişdir. 1974-cü ildə Bakı Rabitə Elektrotexnikumuna daxil olmuşdur.1976-cı ildə Bakı Rabitə Elektrotexnikumunun Rabitənin Planlaşdırılması fakultəsini "Rabitə müəssisələrində planlaşdırma" ixtisası üzrə bitirmişdir. 1980-ci ildən rabitəçi kimi təhsilini davam etdirərək Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1986-cı ildə həmin institutun Avtomatik Elektrik Rabitəsi fakultəsini "elektrik rabitə mühəndisi" ixtisası ilə bitirmişdir. Əmək fəaliyyətinə rabitə sahəsində 1974-cü ilin aprel ayından elektromontyor kimi başlamışdır. 1974-1986-cı illərdə - Yasamal TKQ-də elektromontyor, böyük elektromexanik, 1986-cı ilin noyabr ayından "Azərpoçt" DM-də mühəndis, Təşkilati İşlər Şöbəsinin rəis müavini, rəisi, KŞ-nin rəisi vəzifələrində işləmişdir. 2007-ci ilin avqust ayından isə "Azərpoçt" DM - nin İnsan Resursları şöbəsinin rəisi vəzifəsində çalışır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən rabitə sahəsində səmərəli fəaliyyətinə görə dəfələrlə Fəxri fərman-la təltif edilmişdir.
|
 |
Həsənzadə Aqşin Zahid oğlu - Büdcə və proqnozlaşdırma şöbəsi - Rəis 11.04.1974-cü ildə Yevlax şəhərində anadan olmuşdur. Orta təhsilini Yevlax şəhəri S.Vurğun adına 5 saylı orta məktəbdə başa vurduqdan sonra, 1991-ci ildə Azərbaycan Neft Akademiyasına daxil olmuşdur. 1996-cı ildə Azərbaycan Neft Akademiyasının "Kimya-meşə kompleks sahələrində iqtisadiyyat və idarəetmə" fakültəsini "mühəndis-iqtisadçı" ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir. Əmək fəaliyyətinə 1997-ci ildə Bakı şəhəri İcra hakimiyyəti Xarici əlaqələr Baş idarəsi nəzdində Dipkorpusa və xarici nümayəndəliklərə xidmət göstərən Müdriyyət "İnterservis" maliyyə-iqtisad və hüquq şöbəsində mütəxəssis kimi başlamışdır. 1997.98-də "İstinvestments" LTD məhdud məsuliyyətli müəssisədə mühasib, 1998/2004-də Nəsimi rayonu Maliyyə İdarəsində Xəzinə əməliyyatları şöbəsində aparıcı-iqtisadçı vəzifələrində çalışmışdır. 2004-cü ilin iyul ayından "Azərpoçt" DM-nin Maliyyə, İqtisadiyyat və Proqnozlaşdırma şöbəsində iqtisadçı, daha sonra rəisi vəzifəsində işləmişdir. 2007-ci ilin avqust ayından isə "Azərpoçt" DM-nin Büdcə və Proqnozlaşdırma şöbəsində rəis vəzifəsində çalışır.
|
 |
Rəhmanov Adil Talıb oğlu - Poçt marketinqi şöbəsi - Rəis 1968-ci ildə Tovuz rayonunun Çataq kəndində anadan olmuşdur. 1985-ci ildə orta məktəbi bitirmişdir. Həmin ildə Bakı şəhərində Rabitə Texnikumuna daxil olmuşdur. 1989-cu ildə Texnikumun "Poçt Rabitəsi" ixtisası üzrə tam kursu bitirmişdir. Əmək fəaliyyətinə 1990-cı ildə Rabitə Nazirliyinin təyinatı ilə Poçt Rabitəsi İstehsalat Birliyində gənc mütəxəssis kimi başlamışdır. 1991-ci ildə Rabitə Nazirliyinin Poçt Rabitəsi şöbəsində böyük dispetçer vəzifəsində işləmişdir. 1997-ci ildən "Azərpoçt" DM-də Poçt Daşıma şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1998-ci ildə Poçtun Təşkili və İstismarı şöbəsində mühəndis vəzifəsinə təyin edilmişdir. 2004-2007-ci ildən "Azərpoçt" DM-nin Xidmətlərin Təşkili və Normativ Sənədlərin Hazırlanması və Reklam Kommersiya şöbələrinə rəis vəzifəsinə təyin edilmişdir. 2007-ci ilin avqust ayından "Azərpoçt" DM-nin Poçt Marketinqi şöbəsində rəis vəzifəsində çalışır. "Azərpoçt" DM-də nailiyyətlərin əldə olunmasında fəal iştirakına ğörə 24.03.2005-ci ildə "Fəxri fərmanla" təltif olunmuşdur.
|
| |
Ələsgərov Ülvi Şamil oğlu - Poçt analizi şöbəsi - Rəis 23.04.1971-ci ildə Bakı şəhərində anadan olu. 1978-1988-ci illər 126 saylı orta məktəbdə təhsil alıb. 1988-1995-ci illər Azərbaycan Texniki İnstitutunu bitirib. 1989-1991-ci illər hərbi xidmətdə qulluq edib. Əmək fəaliyyətinə 1991-ci ildən 225 saylı Şəhər Rabitəsində poçtalyon kimi başlayıb. Sonra əməliyyatçı, rəis müavini kimi fəaliyyətini davam etdirib. 2000-2001-ci illər Rabitə Nazirliyinin Poçt şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyib. 2001-ci ildən "Azərpoçt"DM-nin Yasamal Poçt Filialının rəis müavini, 2004-cü ildən 1 saylı PŞ-nin rəis müavini, 2007-ci ildən 6 saylı PF-nin rəis müavini vəzifələrində fəaliyyətinə davam etdirib. 16.01.2009-cu ildən "Azərpoçt"DM-nin Poçt Analizi şöbəsinin rəisi vəzifəsində çalışır.
|
 |
Qalayev Novruz Zahir oğlu - Keyfiyyətə nəzarət şöbəsi - Rəis 02.10.1954-cü ildə Ermənistan SSR-in Ararat rayonunun Şidli kəndində anadan olmuşdur. 1971-ci ildə Şidli kənd orta məktəbini bitirmişdir. 1975-ci ildə Yerevan Dövlət Pedoqoji İnstitutuna daxil olmuşdur. 1979-cü ildə həmin İnstitutun "Filologiya" fakultəsinin "Azərbaycan dili və ədəbiyyat müəllimi" ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir. Əmək fəaliyyətinə 1971-ci ildə kolxozçu kimi başlamışdır. Rabitə sahəsində 1989-cu ildən işləyir. 2001-ci ilin sentyabr ayından "Azərpoçt" DM-nin Poçtun Təhlükəsizliyi və Keyfiyyətə Nəzarət şöbəsinin rəisi vəzifasində, 2007-ci ilin avqust ayından isə Keyfiyyətə Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışır. Rabitə sahəsində yüksək nailiyyətlərin əldə olunmasında böyük əməyinə və fəal iştirakına ğörə 06.12.2007-ci il tarixli 215 saylı əmrlə Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin "Fəxri fərmanı" ilə təltif olunmuşdur.
|
 |
Muşayev Alı Osman oğlu - Poçt əməliyyatları şöbəsi - Rəis 25.04.1974-ci ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Orta təhsilini Ağstafa rayonunun Qıraq Kəsəmən kənd orta məktəbində başa vurduqdan sonra, 1991-ci ildə Bakı Rabitə Kollecinin daxil olmuşdur. 1992-cı ildə hərbi xidmətə çağırılmışdır. 1992-1993-cü illərdə vətən uğrunda Laçın, Qubadlı və Füzuli rayonlarında gedən ağır döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə Füzuli rayonunun müdafiəsi zamanı yaralanaraq hərbi xidmətdən tərxis olunaraq Rabitə Kollecində təhsilini davam etdirmişdir. 1994-cü ildə həmin kolleci "poçt rabitəsi üzrə mühəndis" ixtisası üzrə bitirərək rabitə sahəsində çalışmağa başlamışdır. "Azərpoçt" DM-də işlədiyi müddətdə mühəndis, iqtisadçı, rəis müavini vəzifələrində çalışmışdır. Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə.Abbasov tərəfindən 06.12.2006-cı il tarixdə KƏMS-268 saylı əmrlə "Fədakar rabitəçi" fəxri adına layiq görülmüşdür. 2007-ci ilin avqust ayından isə Poçt əməliyyatları şöbəsinin rəisi vəzifəsində çalışır.
|
 |
İsmayılov Oqtay Adil oğlu - İnzibati şöbəsi - Rəis 12.09.1972-ci ildə Ermənistan SSR-in Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olmuşdur. 1989-cu ildə Qızıl Şəfəq kədində orta məktəbi bitirmişdir. 1989-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutun Filologiya fakultəsinə daxil olmuşdur. Oxuduğu müddətdə Rabitə Nazirliyinin Hərbiləşmiş Mühafizə İdarəsində işləmişdir. Əmək fəaliyyətinə 1994-ci ildən Rayon Rabitəsi İstehsalat birliyində təsərrüfat müdiri kimi başlamışdır. 1997-ci ilin yanvar ayında Xarici Əlaqələr şöbəsində rəis vəzifəsidə çalışıb. 1998-ci ildən "Azərpoçt" DM-də Təsərrüfat şöbəsinin rəisi işləmişdir. 2007-ci ilin avqust ayından İnzibati şöbəsinin rəisi vəzifəsində çalışır.
|
 |
Rüstəmov Rövşən Mürvət oğlu - Əməliyyatlar şöbəsi - Rəis 06.10.1980-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 1 Saylı Fizika-Riyaziyyat və informatika təmayüllü litseydə başa vurduqdan sonra 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olmuşdur. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati idarəetmə" fakültəsinin "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildə həmin Akademiyanın "İnzibati idarəetmə" fakültəsinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2007-ci illərdə Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda aspiranturada təhsil almışdır. 2007-ci ilin 29 noyabr tarixində namizədlik dissertasiyasını müdafiə etmişdir. Əmək fəaliyyətinə 2002-ci ilin dekabrından jurnalist kimi başlamışdır. Respublikanın bir neçə aparıcı qəzetlərində iqtisadiyyat müxbiri kimi fəaliyyət göstərmişdir. 2004-cü ilin iyul ayından "Azərpoçt" DM-də iqtisadçı olaraq işə başlamışdır. 2007-ci ilin avqust ayından Əməliyyatlar şöbəsinin rəisi vəzifəsində çalışır.
|
 |
Cəfərov Fərid Fərrux oğlu - Maliyyə Xidmətləri Marketinqi şöbəsi- Rəis 31.03.1984-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə orta məktəbi bitirib. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və Kredit” ixtisası üzrə bakolavr pilləsində təhsil alıb. 2004-2006-cı illərdə həmin universitetin magistr pilləsini fərqlənmə ilə bitirib. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Milli Qvardiya sıralarında hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 03.03.2008-ci ildə “Azərpoçt” DM-nin Xəzinədarlıq şöbəsində İqtisadçı kimi başlamışdır. 03.08.2009-cu il tarixdən "Azərpoçt" MMC-nin Maliyyə Xidmətləri Marketinqi şöbəsinin rəisi vəzifəsində çalışır.
|
 |
Nəsibova Sevil Səməd qızı - Ödəniş xidmətləri şöbəsi - mühasib 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Yasamal rayonu 20 saylı litsey-məktəbdə başa vurduqdan sonra, 1988-ci ildə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olmuşdur. 1994-cü ildə həmin universitetinin Rus Dili və Ədəbiyyat fakultəsini filoloq ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir. Alı təhsilini rabitəçi kimi davam etdirərək Ukrayna Respublikası A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasına daxil olmuşdur. Əmək fəaliyyətinə rabitə sahəsində 1995-ci ildən başlamışdır. İşlədiyi müddətdə mühasib-xəzinədar, kadrlar şöbəsinin rəisi vəzifələrində işləmişdir. 2002-ci ildən "Azərpoçt" DM-də mühasib vəzifəsində çalışmışdır. 2007-ci ilin avqust ayından "Azərpoçt" DM-nin İnsan Resursları, noyabr ayından isə Mühasibat Uçotu və Hesablaşma şöbəsində mühasib, 01.04.2009-cu ildən isə Ödəniş Xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışır.
|
 |
Vəliyev Elman Səlim oğlu - İnformasiya Texnologiyaları şöbəsi - Rəis 06.12.1966-cı ildə Şəki şəhərində anadan olmuşdur. Orta təhsilini Şəki şəhəri 10 saylı orta məktəbdə başa vurduqdan sonra 1983-cü ildə Bakı Dövlət Universitetinə daxil olmuşdur. 1987-ci ildə Bakı Dövlət Universitetin tədbiqi riyaziyyat fakultəsini riyaziyyatçı ixtisası üzrə əyani olaraq magistr dərəcəsi ilə bitirmişdir. Əmək fəaliyyətinə 1990-cı ilin sentyabr ayında mühəndis-proqramçı kimi başlamışdır. Rabitə sahəsində 1999-cu ildən işləyir. 2002-ci ilin avqust ayından "Azərpoçt" DM-nin İnformatika və Məlumat Texnologiyası şöbəsinin rəisi, 2007-ci ilin avqust ayından isə İnformasiya Texnologiyaları şöbəsinin rəisi vəzifəsində çalışır.
|
 |
Babayev Qalib Mömin Oğlu - Şəbəkənin idarə olunması şöbəsi - Rəis 01.10.1952-ci ildə Quba şəhərində anadan olub. 1971-ci ildə orta məktəbi bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olub. 1976-cı ildə həmin institutun Elektrotexnika fakultəsini bitirib. 1973-ci ildə Bakı Şəhərlərarası telefon stansiyasında elekrik mantyoru və elektrik mexaniki işləmişdir. 1980-1990-cı ilə qədər Bakı Poctamptında bir sıra PŞ-də rəis vəzifəsində işləyib. 1990-cı ildən Abşeron Rabitə Qovşağının, 1996-cı ildən isə Abşeron Poçtamtının rəisi vəzifəsində işləyib. 2004-2007-ci ilə kimi "Azərpoçt" DM-nın 4 saylı PF-nin rəsi vəzifəsində işləyib. 20.11.2007-ci il tarixdən "Azərpoçt" DM-də ŞİOŞ-un rəisi vəzifəsində çalışır.
|
 |
Gözəlov Gündüz Maxsud oglu-Xəzinədarlıq şöbəsi - Rəis 01.11.1979-cu ildə Beyləqan rayonunda anadan olmuşdur. 1996-cı ildə S.İmrəliyev adına Bahar qəsəbə orta məktəbi bitirmişdir. 1996-cı ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən "Qazi" universitetinin "İqtisadi və idarəetmə" ixtisasına qəbul olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikasının Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna köçürülmüşdür. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati İdarəetmə" fakultəsinin "Dövlət və Bələdiyyə idarəetməsi"ixtisası üzrə bakalavr pilləsini, 2003-cü ildə isə magistr pilləsini başa vurmuşdur. Əmək fəaliyyətinə 2005-ci ildə "Zaminbank"-da xəzinadar kimi işə başlamışdır. 2006-cı ildə ŞÜA MMC-də kassir vəzifəsində çalışıb. 2007-ci il noyabr ayından "Azərpoçt" DM-in Xəzinadar şöbəsində iqtisadçı vəzifəsinə qəbul edilib. 20.05.2008-ci ildən Xəzinədarlıq şöbəsinin müdiri vəzifəsində çalışır.
|
 |
Dünyamalıyev Rauf Dünyamalı oğlu - Risklərin idarə edilməsi şöbəsinin rəisi 05.06.1985-ci ildə Goranboy rayonunda anadan olub.Orta məktəbi 1991-2002-ci illərdə Goranboy rayonunda bitirib. 2002-2007-ci illərdə Qafqaz Universitetinin İqtisad İdari Bilimlər fakultəsi, Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 01.08.2007-ci ildən 31.12.2007-ci ilədək Azərbaycan Resbuplikasının Milli Bankında Kredit təşkilatlarına nəzarət departamentinin mütəxəsisi kimi başlamışdır. 01.05.2008-ci ildən "Azərpoçt" DM-nin RİEŞ-də iqtisadçı vəzifəsində, 26.11.2008-ci ildən isə RİEŞ-in rəisi vəzifəsində çalışır.
|