Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Kalkulator
Xəbərlər
16 May 2013 Belçika Poçt Təşkilatı Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı marka təqdim edib
Belçika Poçt Təşkilatı ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş marka təqdim edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi xəbər yayıb. Səfirlik bildirir ki, Brüsseldə Belçika Poçt Təşkilatı (Bpost) tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış poçt markasının təqdimat mərasimi keçirilib. Mərasimdə səfirliyin və NATO yanında nümayəndəliyimizin əməkdaşları ilə yanaşı, Belçika, Niderland və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, “Ana vətən” Azərbaycanlı Qadınlar Birliyinin üzvləri də iştirak ediblər.
ətraflı >>

8 May 2013 Azərbaycanla Belarus arasında “STEFİ” sürətli pul köçürmələri dövriyyəsinə başlanılıb
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin \"Azərpoçt\" MMC-i Belarus poçt operatoru ilə \"STEFİ\" üzərindən sürətli pul köçürmələrinə başlayıb.
ətraflı >>

6 May 2013 “Azərpoçt”MMC və Təhsil Nazirliyi ölkəmizin məktəbliləri arasında 42-ci beynəlxalq epistolyar inşa müsabiqəsini təşkil etmişdir
“Azərpoçt”MMC və Təhsil Nazirliyi Ümumdunya Poçt İttifaqının xətti ilə 2012-2013-cü illər üzrə ölkəmizin məktəbliləri arasında 42-ci beynəlxalq epistolyar inşa müsabiqəsini təşkil etmişdir.
ətraflı >>

3 May 2013 Zərifə Əliyevanın 90 illiyinə həsr olunmuş marka buraxılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş suvenir poçt bloku dövriyyəyə buraxılıb.
ətraflı >>

2 May 2013 Milli poçt operatoru ATM və POS-terminalların sayını artıracaq
Milli poçt operatoru olan “Azərpoçt” MMC göstərdiyi bank xidmətlərinin çeşidini və sayını artırır. Bir çox beynəlxalq pul köçürmələri sistemi, onların yerli və xarici nümayəndəlikləri ilə MMC-nin müvafiq qurumları arasında aparılmış danışıqlar nəticəsində artıq Bakı, Sumqayıt, Abşeron poçt filialları, bütün lisenziyası olan şöbələr “Contact”, “Migom”, “Caspian Money Transfer” Beynəlxalq pul köçürmələri sisteminə qoşulub və əhaliyə xidmət göstərməyə başlayıb.
ətraflı >>

22 Apr 2013 Azərbaycan poçtu qızıl səviyyəli sertifikata layiq görülüb
\"Azərpoçt\" MMC və \"Azərekspresspoçt\" RM qızıl səviyyəli sertifikatlara layiq görülüb. Belə ki, 193 ölkə ilə təmsil olunan Ümumdünya Poçt İttifaqı (ÜPİ) 2004-cü ildən başlayaraq üzv ölkələri arasında göstərilən poçt xidmətlərinin müəyyən standart və şərtlərə uyğunluğunu dəyərləndirmək məqsədi ilə keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşmanın nəticələrini aparır.
ətraflı >>

22 Apr 2013 “Azərekspresspoçt” RM növbəti dəfə ÜPİ-nin “Qızıl sertifikat”ına layiq görülüb
Azərbaycanda sürətli poçt rabitəsi xidmətləri (Express Mail Service – EMS) göstərən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin “Azərekspresspoçt” rabitə müəssisəsi növbəti dəfə Ümumdünya Poçt İttifaqının (ÜPİ) “Qızıl sertifikat”ına layiq görülüb.
ətraflı >>

17 Apr 2013 Belarus Poçtu ilə təcili elektron pul köçürmələri test edilir
Ölkəmiz daha bir ölkə ilə \"STEFİ\" (Secured Transfer of Electronic Financial İnformation) təcili pul köçürmələri əməliyyat sistemi ilə mübadilə aparacaq.
ətraflı >>

2 Apr 2013 "Azərpoçt" MMC “İndeks və ünvanların axtarışı” məlumat bazasını istifadəyə verib
\"Azərpoçt\" Məhdud Məsuliyyətli Cəmiyyəti yeni elektron məlumat bazasını formalaşdıraraq cəmiyyətin istifadəsinə təqdim edib. Bu barədə \"ICTnews\" elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
ətraflı >>

27 Mar 2013 Azərbaycana gələn poçt bağlamalarına hansı gömrük və vergi rüsumları tətbiq edilir?
Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallara gömrük vergi və rüsumları Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə" 22.12.2003-cü il tarixli 161 nömrəli və "Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" 31.01.2005-ci il tarixli 11 nömrəli qərarları ilə tətbiq edilir.
ətraflı >>



Alış Satış
0.9933 1.0233
0.7825 0.7865
0.0245 0.0255
SDR 1 SDR 1,1700