ÜPİ-nin Regional Strateji Forumunda “Azərpoçt” təmsil olunub


18.09.2024 614


Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən 16-17 sentyabr tarixlərində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada  Avropa və Mərkəzi Asiya üçün Regional Strateji Forumu keçirilib. 
 
“Azərpoçt” MMC də həmin forumda təmsil olunaraq regional poçt fəaliyyətinə dair müzakirələrdə iştirak edib.
 
Forumda əsasən 2026-2029-cu illər üzrə strategiya çərçivə proqramına dair məsələlər müzakirə olunub. Belə ki, yaxın gələcəkdə ÜPİ-nin  normativləri və standartları əsasında vahid poçt şəbəkəsinin yaradılması və istifadəyə verilməsi, qlobal poçt ekosistemində innovasiyaların tətbiqi, əməkdaşlığın gücləndirilərək poçtun inkişafının təşviqi forumun əsas müzakirə mövzuları olub.
 
Forum çərcivəsində “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinin icraçısı İsi Mustafayev ÜPİ-nin Baş direktoru cənab Masahiko Metoki və Türkiyə Cümhuriyyətinin Poçt və Teleqraf Təşkilatının rəhbəri cənab Hakan Gültən arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə iki ölkənin poçt xidmətləri arasında əməkdaşlığın artırılmasına dair danışıqlar aparılıb, poçt sisteminin inkişafı perspektivləri müzakirə olunub.
 


Onlayn konsultasiya