"Azərpoçt" MMC vakansiya elan edir


08.06.2023 1362


Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC Risklərin idarə olunması üzrə Aparıcı/Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə Öhdəlikləri:

  • Bazar və likvidlik risklərinin təhlili, icrası və hesabatlığının aparılması
  • Müxtəlif ssenarilər üzrə cəmiyyətin risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
  • Cəmiyyətin məhsul və xidmətlərinin təhlili;
  • Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;
  • Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması.
  • Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək;

 

 

Namizədə dair tələblər:

 

  • Minimum 2 il iş təcrübəsi olan (Maliyyə, investisiya, bazar risklərin idarə olunması sahəsi üzrə arzuolunandır);
  • MS Excel, Power BI proqram bilikləri;
  • Komandada işləmək bacarığı;
  • Təqdimat və ünsiyyət bacarığı;
  • Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili orta səviyyədə;
  • Stressə dözümlük, gərgin iş rejimində işləmək bacarığı.

 

 

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini“Risklərin idarə olunması üzrə Aparıcı/Baş mütəxəssis” başlığı ilə  hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər. 

 

 

 



Onlayn konsultasiya