“Azərpoçt” MMC 28-29 may tarixlərində növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.


26.05.2023 1903


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 28-29 may tarixlərində növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
 
28 may tarixində respublika üzrə fəaliyyət göstərəcək şöbələrin siyahısı:
 
1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi, saat 09:00-18:00
2 saylı poçt filialının 63 saylı poçt şöbəsi, saat 10:00-17:00
2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri, saat 09:00-17:00
3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri, saat 10:00-17:00
4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, saat 09:00-17:00
Regionlarda yerləşən müştəri xidməti şöbələri, saat 10:00-17:00
  
 29 may tarixində isə istehsalat zərurətilə əlaqədar olaraq qeyd edilən şöbələrlə yanaşı aşağıdakı poçt şöbələri də adi iş rejiminə uyğun şəkildə fəaliyyət göstərəcək:
 
1 saylı poçt filialının 1, 3, 7, 8, 20, 21, 25, 33, 52 saylı poçt şöbələri, saat 10:00-17:00
2 saylı poçt filialının 9, 17, 53, 54, 63, 73, 83, 111, 114, 117, 122 saylı poçt şöbələri, saat 10:00-17:00
3 saylı poçt filialının 34, 104, 118, 119, 123, 129, 132, 133, 142, 149 saylı poçt şöbələri, saat 10:00-17:00
4 saylı poçt filialının 39, 42, 45, 50, 77, 89, 90, 93 saylı poçt şöbələri,saat 10:00-17:00
 
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması - təmin ediləcək.


Onlayn konsultasiya