"Azərpoçt" MMC vakansiya elan edir


25.05.2023 3994


Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC Ekvayrinq şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə öhdəlikləri:

  • Bankomatların işlək vəziyyətdə olmasına  nəzarət etmək;
  • Bankomatların quraşdırılmasına və profilaktik işlərin görülməsinə nəzarət etmək;
  • Bankomatlara yerləşdirilən nəğd vəsaitlərin dövriyyəsinə və qalıqlarına nəzarət etmək;
  • POS-terminalların işlək vəziyyətdə olmasına nəzarət etmək;
  • Müştərilərdən daxil olan sorğuların araşdırılması, və problemlərin aradan qaldırılması;
  • POS-terminalların proqram təminatının yazılması, fiziki quraşdırılması;
  • POS-terminalların dövriyyə və qalıqlarına nəzarət etmək;
  • Şöbənin funksiyasından irəli gələn digər funksiyalarının icra edilməsi;
  • Yeni ticarət müəssisələrinin və partnyorların banka cəlb edilməsi;
  • Ticarət müəssisələrinin, POS-terminalların və ATM-lərin qeydiyyatlarının aparılması və şəbəkəsinə nəzarət edilməsi;
  • POS-terminalların xidmətini və profilaktik işlərini təmin etmək;
  • POS-terminal istifadəsi üzrə təlimləri  keçirmək;
  • Elektron kommersiya dövriyyə və qalıqlarına nəzarət etmək;
  • Ekvayrinq şəbəkəsinə və dövriyyəsinə aid hesabatının hazırlanması.

 


Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Kompüter bilikləri;
  • Texniki bacarıq və satış qabiliyyəti;
  • Məsuliyyətli, təşəbbüskar olmaq;
  • Yenilik və dəyişikliklərə açıq olmaq.

 

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Ekvayrinq şöbəsinin mütəxəssisi başlığı ilə  hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər. 

 

 

 



Onlayn konsultasiya