“Azərpoçt” “Zəfər günü” adlı poçt blokunu dövriyyəyə buraxıb


05.11.2022 1529


“Azərpoçt” MMC Müzəffər Ali Baş Komandanın siyasi iradəsi və qəhrəman oğulların rəşadəti sayəsində əldə olunmuş Zəfərin ikinci ildönümü münasibətilə yeni poçt bloku nəşr etdirib.

 

“Zəfər Günü” adlı poçt bloku “Şuşa şəhid övladlarının gözü ilə” mövzusu əsasında hazırlanıb. Bloka daxil olan markalarda 9 istedadlı şəhid övladının Şuşanı tərənnüm edən rəsm əsərləri əksini tapıb.

 

Markaların möhür vasitəsilə “söndürülməsi” prosedurunu Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Ramiz Qasımovun qızı Gülanə Qasımova və Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, şəhid Rəşad Atakişiyevin oğlu Turqut Atakişiyev həyata keçirib.

 

Poçt bloku 10000 tirajla nəşr edilib. Markalarla yanaşı, 200 ədəd Birinci gün zərfi də çap olunub.

 



Onlayn konsultasiya