“Azərpoçt” MMC əmək yarmarkasında iştirak edib


22.07.2022 1907


 

22 iyul 2022-ci il tarixində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı tərəfindən 27 müəssisənin iştirakı ilə 814 vakansiya üzrə əmək yarmarkası keçirilib.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC işəgötürən qismində mövcud vakansiyalarını təqdim edib.

 

Qurum tərəfindən aşağıdakı vakant iş yerləri təqdim edilib:

 

- Poçtalyon

 

- Əməliyyatçı

 

- Şəbəkələrin idarə olunması şöbəsi üçün aparıcı mütəxəssis

 

- Sistem inzibatçılığı şöbəsi üçün aparıcı mütəxəssis

 

- Texniki dəstək şöbəsi üçün aparıcı mütəxəssis

 

Yarmarkada iş axtaranlar tərəfindən “Azərpoçt”a və təqdim olunan vakansiyalara çox  böyük maraq göstərilib. Müraciət edən insanlara ətraflı məlumat verilib və iş axtaranlardan təhlil üçün lazımlı məlumatlar alınıb.

 

Nəzərinizə çatdırırıq ki, qeyd edilən işlər üzrə vakansiyalar hazırda mövcuddur. Maraqlananlar CV-lərini hr@azerpost.az ünvanına göndərə bilərlər.

 

Bununla belə “Azərpoçt” MMC bundan sonrada bu kimi tədbirlərdə davamlı iştirak etməyi planlaşdırır.

 

Xatırladaq ki, “Azərpoçt” MMC Respublika üzrə 1500-ə yaxın poçt şöbəsində ənənəvi poçt xidmətləri ilə yanaşı, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və digər maliyyə xidmətləri, eləcə də biznes xidmətlərini təqdim edir.

 

 



Onlayn konsultasiya