“Azərpoçt” MMC vakansiya elan edir!


13.07.2022 1251


ÖLKƏNİN YEGANƏ MİLLİ POÇT OPERATORU “AZƏRPOÇT” MMC METODOLOGİYA ÜZRƏ MÜTƏXƏSSİS VAKANSİYASINI AÇIQ ELAN EDİR:
 
 
Vəzi̇fə öhdəli̇kləri̇:
 
-Müəssisənin struktur bölmələrindən daxil olan sorğular əsasında normativ xarakterli sənədlərin yaradılması, müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması üçün təqdim olunması və rəhbərlik tərəfindən sənədin təsdiq olunması üçün yönləndirilməsi;
 
-Müəssisənin struktur vahidləri tərəfindən hazırlanmış normativ sənəd layihələrinin nəzərdən keçirilməsi və standartlara uyğunlaşdırılması müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması üçün təqdim olunması və rəhbərlik tərəfindən sənədin təsdiq olunması üçün yönləndirilməsi; 
 
-Biznes Proseslər üzrə metodoloji bazanın təkmilləşdirilməsi
 
-Metodoloji dəstək məqsədilə proseslərin təkmilləşdirilməsi, məhsul və xidmətlərin yaradılması üzrə həyata keçirilən layihələrdə iştirak
 
-Müəssisənin biznes proseslərinin  təhlili, təkmilləşdirmə imkanlarının araşdırılması və bununla bağlı təkliflərin verilməsi
 
-Normativ sənədlərin təsdiqə təqdim olunması üçün ehtiyac olduqda təqdimat hazırlamaq və səlahiyyətli orqan qarşısında məsələni müzakirəyə təqdim etmək
 
-Müəssisənin normativ sənədlər üzrə elektron sənədlərin yerləşdirilməsi
 
 
 
Namizədə dair tələblər:
 
-Ali təhsil
 
-Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi
 
-Prosedurların və daxili normativ qaydaların yaradılması və yazılması üzrə təcrübə
 
-Mükəmməl yazılı və şifahi ünsiyyət vərdişləri
 
-Dəyişiklikləri qəbul etmək bacarığı, yeni biliklər əldə etməyə hazırlıq
 
-Azərbaycan, rus və ingilis dillərini bilmək
 
-İş yeri: “Azərpoçt” MMC, baş ofis (Ünvan: Ü.Hacıbəyli 72)
 
-İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00
 
 
 
Maraqlananlar, öz CV-lərini “metodologiya üzrə mütəxəssis” başlığı ilə hr@azerpost.az göndərə bilərlər.


Onlayn konsultasiya