Bayram günləri də xidmətinizdəyik!


29.04.2022 1935


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Ramazan bayramı ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

 

2 və 3 may tarixində respublika üzrə fəaliyyət göstərəcək şöbələrin siyahısı:

 

  • 1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi, saat 09:00-18:00
  • 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi, saat 10:00-17:00
  • 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri, saat 09:00-17:00
  • 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri, saat 10:00-17:00
  • 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, saat 09:00-17:00
  • Regionlarda yerləşən müştəri xidməti şöbələri, saat 10:00-17:00

  

İstehsalat zərurətilə əlaqədar olaraq aşağıdakı poçt şöbələri adi iş rejiminə uyğun şəkildə fəaliyyət göstərəcək:

 

  • 1 saylı poçt filialının 1, 3, 7,8, 20, 21, 25, 33, 52, 66, 108, 152 saylı poçt şöbələri,saat 10:00-17:00
  • 2 saylı poçt filialının 9, 17, 53, 54, 63, 73, 83, 111, 114, 117, 122 saylı poçt şöbələri, saat 10:00-17:00
  • 3 saylı poçt filialının 34, 40, 104, 118, 119, 123, 129, 132, 133, 142, 149 saylı poçt şöbələri, saat 10:00-17:00
  • 4 saylı poçt filialının 39, 42, 45, 50, 77, 89, 90, 93 saylı poçt şöbələri,saat 10:00-17:00

 

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması - təmin ediləcək.

 

 



Onlayn konsultasiya