“Azərpoçt” MMC vakansiya elan edir!


11.04.2022 7344


ÖLKƏNİN YEGANƏ MİLLİ POÇT OPERATORU “AZƏRPOÇT” MMC MARKETİNQ MÜTƏXƏSSİSİ VAKANSİYASINI AÇIQ ELAN EDİR:

 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

·Təşkilatın illik marketinq planının icrasının təşkili və ya birbaşa dəstək verilməsi

·Bazarın araşdırılması, müqayisəli təhlillərin aparılması, şirkətin məhsullarının bazarda mövqeyi haqqında düzgün nəticələr təqdim olunması

·Bazar araşdırmasına və tələblərə əsasən mövcud məhsulların inkişaf etdirilməsi üçün təkliflərin verilməsi

·Fərqli məhsullar  üzrə ayrı-ayrı marketinq planlarının hazırlanması və icrası

·Rəqəmsal marketinq fəaliyyətinə dəstək verilməsi (Veb-səhifə və sosial şəbəkələrdə reklam və digər kampaniyaların yaradılmasının təşkili və s.)

·“Google SEO” və “Mass Mail” işinin təşkili

·Şirkətin brendbukuna uyğun brendinq işlərinin aparılmasına birbaşa dəstək verilməsi

·Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması;

·Dövrü hesabatların hazırlanması və təhlili.

·Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

        ·İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;

        ·Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi (Maliyyə, xidmət sektorunda olanlara üstünlük veriləcək)

        ·Rus və ingilis dili biliyi (Yenilikləri izləyə bilməsi və araşdırmalar aparmaq üçün)

        ·Yüksək səviyyədə MS offis proqramlarından istifadə bacarığı

        ·Təqdimat və ünsiyyət bacarığı

        ·Analitik və tənqidi düşünmə bacarığı

        ·Məsuliyyətlilik, çeviklik, dürüstlük

        ·Komanda ilə işləmə bacarığı

 

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00

Son müraciət tarixi: 15/04/2022

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

 

Maraqlananlar, öz CV-lərini “marketinq mütəxəssisi” başlığı ilə  hr@azerpost.az ünvanına göndərə bilərlər. 



Onlayn konsultasiya