“Azərpoçt” MMC vakansiya elan edir!


11.04.2022 2668


ÖLKƏNİN YEGANƏ MİLLİ POÇT OPERATORU “AZƏRPOÇT” MMC MARKETİNQ ÜZRƏ ŞÖBƏ MÜDİRİ VAKANSİYASINI AÇIQ ELAN EDİR.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

           ·“Azərpoçt” MMC-nin marketinq strategiyasının hazırlanması və strategiyanın tətbiqi üçün lazımi tədbirlərin planlaşdırılması və icrasını təmin edilməsi

·Biznesin inkişafı üçün layihələr hazırlanması və təkliflər verilməsi

·Şirkət tərəfindən həyata keçirilən xidmətlərin təşviqi üçün reklam kampaniyalarının və layihələrin idarə edilməsi

·Veb-səhifənin idarə edilməsinə nəzarət

·Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının və işin təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil edilməsi

·Müştəri məmnuniyyəti ilə bağlı müxtəlif marketinq layihələrini həyata keçirilməsi

·Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının   hazırlanması 

·Satışların effektivliyinin artırılmasına dəstək üçün marketinq tədbirlər planının hazırlanması

·Rəhbərlik etdiyi komandanın effektiv idarə olunması, işlərin vaxtında icrasına nəzarət edilməsi

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

·İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;

·5 il iş təcrübəsi, 2  il ən azı rəhbərlik təcrübəsi

·Rus və ingilis dili biliyi (Yenilikləri izləyə bilməsi və araşdırmalar aparmaq üçün)

·Yüksək səviyyədə MS offis proqramlarından istifadə bacarığı

·Təqdimat və ünsiyyət bacarığı

·Analitik və tənqidi düşünmə bacarığı

·Məsuliyyətlilik, çeviklik, dürüstlük

·Komanda ilə işləmə bacarığı

 

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00

Son müraciət tarixi: 15/04/2022

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

 

Maraqlananlar, öz CV-lərini aşağıdakı elektron ünvana “marketinq mütəxəssisi” başlığı ilə  hr@azerpost.az ünvanına göndərə bilərlər.



Onlayn konsultasiya