“Azərpoçt” MMC yanvarın 20-də Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq poçt şöbələrində növbəli iş rejimi tətbiq edəcək.


19.01.2022 1699


Bakı şəhərində yerləşən Mərkəzi Poçt Şöbəsi saat 09:00-dan 18:00-dək, 124, 138, 144 saylı poçt şöbələri, 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-dan 17:00-dək, 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi, 3 saylı poçt filialının 2 və 40 saylı poçt şöbələri, həmçinin regionlarda yerləşən müştəri xidməti şöbələri isə saat 10:00-dan 17:00-dək işləyəcək.

 



Onlayn konsultasiya