“Azərpoçt” bayram günlərində də vətəndaşlara xidmət göstərəcək!


30.12.2021 2599


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

 

Belə ki, 31 dekabr tarixində respublika üzrə bütün poçt şöbələri adi iş rejimində vətəndaşlara xidmət göstərəcək.

 

1-4 yanvar tarixlərində isə Bakı şəhərində yerləşən Mərkəzi Poçt Şöbəsi saat 09:00-dan 18:00-a, 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-dan 17:00-a, 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-dan 17:00-a, 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-dan 17:00-a, 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-dan 17:00-dək, regionlarda yerləşən müştəri xidməti şöbələri isə saat 10:00-dan 17:00-a qədər işləyəcək.

 

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

 



Onlayn konsultasiya