“Azərpoçt” MMC “Extra” layihəsinə start verdi


02.12.2021 3420


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən yeni “Extra” layihəsinin həyata keçirilməsinə başlanılıb.

 

Pilot layihə ilkin olaraq Abşeron, Sumqayıt, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Yevlax, Ucar, Kürdəmir, Zərdab, Mingəçevir və Gədəbəydən Bakıya göndərilən poçt bağlamaları və banderollarına şamil olunur. Belə ki, adıçəkilən regionlarda qəbul edilən “Extra” göndərişlər gün ərzində ən qısa zamanda, Poçt Daşıma Mərkəzində mübadilə aparılmadan Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən “Şəbəkə” xidmət mərkəzində (AZ1144) və PDM-in poçt göndərişlərinin çıxış məntəqəsində (AZ9502) alıcıya birbaşa təhvil verilir. Göndərişlər yalnız ünvançının özü tərəfindən təyin olunan məntəqədən götürülür.

 

“Extra” göndərişi həyata keçirmək üçün vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə regionlarda fəaliyyət göstərən istənilən poçt şöbəsinə yaxınlaşa bilərlər.

 

Bildiririk ki, alıcılar göndərişlərini Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən “Şəbəkə” xidmət mərkəzindən (AZ1144) şənbə və bazar daxil olmaqla həftənin bütün günləri, eləcə də bayram günləri saat 09:00-dan 21:00-a qədər, PDM-in poçt göndərişlərinin çıxış məntəqəsindən isə (AZ9502) günün 24 saatı ərzində əldə edə bilərlər.

 



Onlayn konsultasiya