“Azərlotereya”nın ani lotereyalarının poçt şöbələrində satışı davam edir


29.09.2021 2509


 

"Azərlotereya" ASC yeni “Poz Qazan” ani lotereyalarının satışının daha səmərəli təşkili və satış arealını genişləndirmək məqsədilə “Azərpoçt” MMC ilə əməkdaşlığa başlayıb.

 

Tərəflər arasında bağlanmış müqaviləyə görə bazara yeni təqdim edilən ani lotereyaların satışı “Azərpoçt” şöbələrində həyata keçiriləcəkdir. Satışlar öncə Bakı şəhəri üzrə 70 və ölkə üzrə 223 poçt məntəqəsində olacaqdır. Gələcəkdə lotereyaların satılacağı poçt məntəqələrinin sayının artırılması planlaşdırılır.

 

Ani lotereyaların satışı, biletlərin yoxlanılması və uduşların verilməsi, digər zəruri prosedurların edilməsi üçün “Azərpoçt” əməkdaşlarına bu məqsədlə təlimlər təşkil olunub. Təlimlərin məqsədi “Azərpoçt” və “Azərlotereya” arasında bağlanmış müqaviləyə əsasən “Azərlotereya” məhsullarının (ani lotereyaların) “Azərpoçt” filial və şöbələrində satışının həyata keçirilməsi ilə bağlı məlumatların verilməsidir. Təlimdə “Azərlotereya”-nın tətbiq olunmağa başlanmış üç yeni müasir proqramı haqqında geniş məlumat verilmişdir.

 

Beləliklə, lotereya həvəskarları ani lotereyaları və 2000 manata qədər olan uduşları istənilən “Azərpoçt” filial və şöbələrində əldə edə bilərlər. Qeyd edək ki, Böyük uduşun “Brilliant” ani lotereyasında məbləği 100.000 manat, “Qızıl” ani lotereyasında böyük uduş 25.000 manat, “Şans ulduzu” ani lotereyasında 50.000 manatdır.

 

 

 

“Azərpoçt” MMC haqqında

Bu gün “Azərpoçt” MMC, Azərbaycan Respublikasının yeganə milli poçt operatoru olaraq həm fərdi şəxslərə, həm də biznes qurumlarına 1500-ə yaxın poçt şöbəsilə həftə içi hər gün, eyni zamanda şənbə, bazar  və bayram günləri də xidmət göstərir. “Azərpoçt” MMC-nin fəaliyyətinin əsas məqsədi əhaliyə və müştərilərə yüksək keyfiyyətli poçt və maliyyə xidmətlərinin göstərilməsidir.

“Azərpoçt” MMC ümumi poçt rabitəsi xidmətləri (universal, sürətli, kuryer və s.), xüsusi təyinatlı poçt rabitəsi xidmətləri; maliyyə xidmətləri - poçt hesablarının açılması və aparılması, pul köçürmələrinin həyata keçirilməsi; sığorta, elektron ödənişlər (təqaüdlər, sosial müavinətlər, və s.), dövlət ödənişlərin toplanması (kommunal xidmətlər üçün ödənişlər, vergilər), maliyyə təsisatlarında müxbir hesabların açılması, ödəniş vasitələrinin, o cümlədən debet kartlarının, poçt çeklərinin buraxılması; nağd pulun və digər qiymətlilərin inkassasiyası xidmətlərini həyata keçirir.

Azərbaycanda poçt rabitəsinin yaradılması XIX əsrə təsadüf edir. 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb.  Müstəqilliyin ilk illərində Azərbaycanda poçt rabitəsi elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi  fəaliyyətə başlayıb. 1997-ci ildə “Azərpoçt” İstehsalat Birliyi  yaradılıb.  1999-cu ildən “Azərpoçt” Dövlət Müəssisəsi kimi fəaliyyət göstərib. 07.10.2004-cü il tarixindən  “Azərpoçt” Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində fəaliyyət göstətərn milli operator kimi, 31.08.2009-cu il tarixindən isə “Azərpoçt” DM –in  təşkilatı-hüquqi forması dəyişdirilərək “Azərpoçt” MMC kimi xidmət göstərib.

Milli poçt operatoru olan  “Azərpoçt” MMC-yə 16.04.2010-cu ildə  Azərbaycan Mərkəzi Bankı tərəfindən müvafiq lisenziya verildikdən sonra poçt xidmətləri ilə yanaşı maliyyə xidmətləri də göstərilir.

 

 

“Azərlotereya” ASC haqqında:

"Azərlotereya" ASC Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılmışdır. "Azərlotereya" ASC Azərbaycan Respublikası ərazisində bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini həyata keçirir. "Azərlotereya" ASC Avropa Dövlət Lotereyalar və Toto Assosiyasiyasının üzvüdür. Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 16 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.

 

 

"Demirören Holding" haqqında:

Türkiyənin ən məşhur holdinqlərindən biri olan "Demirören Holding" hazırda milli və beynəlxalq arenada uzunmüddətli və davamlı sərmayə yatırımı həyata keçirmək, iqtisadiyyatda əlavə dəyər yaratmaq, ölkəni ixtisaslı işçi qüvvəsi ilə təmin etmək məqsədilə KİV, daşınmaz əmlak, turizm, təhsil, texnologiyalar və lotereya oyunları kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Türkiyədə Milli Lotereya da daxil olmaqla, lotereya oyunlarının təşkili üçün Türkiyənin Sərvət Fondu (TSF) tərəfindən 10 il müddətinə səlahiyyətdirilən, "Spor Toto İddaa" kimi tanınan idman yarışları əsasında mərc oyunları tenderini amerikalı tərəfdaşı "Scientific Games" ilə birlikdə qazanan, habelə qanuni elektron diler Misli.com-un da daxil olduğu "Demirören Holding" şirkəti yaratdığı iş yerləri və əlavə dəyər sayəsində ölkə iqtisadiyyatına böyük töhfə verir. Türkiyənin KİV, turizm, təhsil və lotereya oyunları sektorunda aparıcı şirkətlərindən biri olan "Demirören Holding" on minlərlə insanı işlə təmin etməklə yanaşı, həyata keçirdiyi satınalma əməliyyatları ilə qlobal dünyanın da qapılarını açır və təsis edildiyi gündəki qədər şövq və güclə Türkiyəyə xidmət etmək əzmini və həyəcanını davam etdirir.

 

 



Onlayn konsultasiya