“Futbol üzrə Avropa çempionatı – EURO 2020” mövzusunda poçt markaları bloku dövriyyəyə buraxıldı


29.07.2021 2052


“Futbol üzrə Avropa çempionatı – EURO 2020” mövzusunda poçt markaları bloku dövriyyəyə buraxılıb.

 

Məlum olduğu kimi, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) təşkilatçılığı ilə 2020-ci ildə keçirilməsi nəzərdə tutulmuş “EURO 2020” “COVID-19” pandemiyası səbəbindən təxirə salınıb və sözügedən idman tədbiri 2021-ci ildə baş tutub. Bu da markanın eskizində öz əksini tapıb.

 

Poçt markasının müəllifi rəssam Vüqar Əyyubovdur.

 

Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

 

Xatırladaq ki, “EURO 2020” çempionatının 4 oyunu ölkəmizdə keçirilib.



Onlayn konsultasiya