“Azərpoçt” MMC koronavirus infeksiyasının qarşısının alınması üzrə profilaktik tədbirləri davam etdirir


20.03.2020 1072


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər davam etdirilir.

Poçt Daşıma Mərkəzi, “Şəbəkə” Xidmət mərkəzləri, Poçt filialları və şöbələrində dezinfeksiya işləri gündəlik olaraq həyata keçirilir. Əhali ilə birbaşa təmasda olan əməkdaşlar tibbi maskalar, əlcəklər və spirtlə təmin olunurlar.

Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə təlimatına uyğun olaraq əməkdaşların məsafədən işləməsi təmin edilir. 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların işə davamiyyətinə güzəştli şərtlər tətbiq olunur.

Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 36 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 17:00-dək, Bakı və Sumqayıt şəhərlərində yerləşən digər “Şəbəkə” Xidmət mərkəzləri və poçt şöbələri 10:00-dan 16:00-dək, regionlarda fəaliyyət göstərən mərkəzi xidmət şöbələri 09:00-dan 16:00-dək vətəndaşlara xidmət göstərir.

 



Onlayn konsultasiya