Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları şəhid analarını ziyarət edib


06.03.2020 317


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə şəhid analarını ziyarət edib, onları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik ediblər. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladları yad olunub.

 

Nazirliyin əməkdaşları Vətən uğrunda övladlarını itirən analara öz ehtiramlarını bildiriblər. Səmimi söhbət zamanı analar övladları ilə bağlı xatirələrini bölüşüb, onların döyüş yolundan danışıblar.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin əməkdaşları bildiriblər ki, şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox dəyərlidir. Xalqımız onlara qələbə sevinci, qələbə duyğusu yaşadan şəhidlərimizi daim qürurla yad edir. Eyni zamanda Vətən uğrunda övladlarını itirən valideynlərin, ailələrin kədərini də bölüşür. Şəhid analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür edilib.  



Onlayn konsultasiya