Yeni orijinal markalı zərf buraxılacaq


18.02.2020 2438


Fevral ayının 19-da Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi “Lida - Belarusun mədəniyyət paytaxtı 2020” orijinal markalı zərfi poçt dövriyyəsinə buraxacaq.

 

“A” markasının nominalı Belarus Respublikası hüdudlarında 20 q-a qədər çəkisi olan adi məktubun göndəriş tarifinə uyğundur. 

Hazırlanacaq zərf və xüsusi xatirə ştempel rəssam Tatyana Dolskaya, dizayn isə Yelena Medvedevaya məxsusdur.

Zərfin tiraji 20 min nüsxə nəzərdə tutulub.

Fevral ayının 19-da Qrodno vilayətinin 11№ li poçt rabitəsi şöbəsində “İlk gün” zərfinin üzərinə xüsusi həkketmə həyata keçiriləcək.  

 

Qeyd edək ki, Lida şəhəri Grodno bölgəsinin tarixi və mədəni mərkəzlərindən biri hesab olunur. Zəngin tarixi olan müasir 100 minlik bir şəhərdir və bu ada Grodno diyarının incisi deyilir. Arxeoloji tədqiqatlar göstərir ki, şəhərin rəsmi yaranma tarixi 1323-cü ildir. Qrodno vilayətində yerləşən bu şəhər Belarus ərazisində ən qədim şəhərlərdən biridir və 2020-ci ildə Belarusun mədəniyyət paytaxtı elan edilib.



Onlayn konsultasiya