“Vatikan 2020” sikkələri və markalarının ilk buraxılışı


12.02.2020 1374


Fevral ayının 14-də “Ufficio Filatelico e Numismatico Vaticano” Vatikan sikkələrinin və poçt markalarının ilk buraxılışına həsr olunan poçt məhsulunu dövriyyəyə buraxacaq.

 

Seriya sikkələrdən və 4 poçt markasından ibarət olacaq. Bu orijinal məhsul Roma Papası Fransisk üçün hazırlanır və onu müxtəlif növ heyvanlarla olan fotolarını əks etdirəcək. Bu da Papa Fransiskin canlıların hər birinə hörmət, sevgi və qayğı prinsipini göstərir.

 

Poçt kartı 86 х 54 mm ölçülərində hazırlanacaq və qeyd ettiyimiz 4 markadan ibarət olacaq. Markaların ölçüləri isə 30 х 40 mm olacaq.

Bu marakaların tiraji 150 min nüsxə təşkil edəcək. Sikkənin nominal dəyəri isə 50 sent nəzərdə tutulub.

 

Layihə dizayner Daniela Lonqoya məxsusdur.

 

Onu da qeyd edək ki, Papa Frensisin 2020-ci ildönümü seriyası, Papa yaradıcılığa daha diqqətli və hörmətli münasibət göstərməyə çağırdığı ensiklopedik "Laudato si" nin beşinci ildönümünə həsr ediləcək.



Onlayn konsultasiya