Polşa poçt markasının 160 illiyinə həsr olunan marka


05.02.2020 1702


Polşa poçtu "Polşa poçt markasının 160 ili" adlı poçt məhsulunu dövriyyəyə buraxıb. Poçt məhsulu poçt markalı vərəqdən ibarətdir. Vərəqdə səkkiz marka yer alıb. Markaların ölçüləri 31.25x39.5 mm təşkil edir.

 

Layihə dizayner Bojidar Qrozdeva məxsusdur. 

 

Polşa poçt markasının 160 illiyinə həsr olunan poçt markasının nominal dəyəri 3.30 PLN, tiraji isə 120 min nüsxədir.

 

Buraxılışa əlavə olaraq poçt zərfi və xüsusi ştempel də tədavülə buraxılıb.

 



Onlayn konsultasiya