"Uşaq filateliyası" seriyasından poçt markaları


21.01.2020 1378


Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi "Uşaq filateliyası" seriyasından "Heyvan balaları" mövzusunda dörd poçt markasını tədavülə buraxıb. Poçt markaları tülkü, canavar, ayı və vaşaq balalarına həsr olunub və onların görüntülərini təsvir edir.

 

Poçt vərəqi 144х79 mm ölçülərində hazırlanıb, 6 marka və 1 kupondan ibarətdir. Markaların ölçüləri isə 30х28 mm olmaqla 42 min tirajla tədavülə buraxılıb.

 

Heyvan balalarına həsr olunan bu maraqlı poçt markaları A.T.Nepoqodina adına “Bobruyskiy” çap evində işıq üzü görüb.

 

Poçt markalarının dövriyyəyə buraxıldığı vaxt Minskdə “İlk gün” zərfinin üzərinə xüsusi həkketmə həyata keçirilib.

Layihə rəssam A.Mityanina və dizayner M.Yurçika məxsusdur.



Onlayn konsultasiya