Uqala teatrının 100 illiyinə həsr olunan poçt markası


14.01.2020 147


Estoniyanın "Eesti Post (Omniva)" SC şirkəti “Teatr Uqala” adlı poçt markasını dövriyyəyə buraxıb. Bu markanın buraxılışı ölkənin ən qədim, peşəkar dram teatrlarından birinin 100 illiyinə həsr edilib. Markada təsvir olunan Uqal Teatrının loqotipi 1931-ci ilə aiddir və Estoniyada hələ də orijinal dizaynında istifadə edilən ən qədim teatr loqotipidir. Loqotip Yuhan Kanqilaski tərəfindən tərtib edilib.

 

Nominal dəyəri 0.65 dollar olan bu poçt markası “AS Vaba Maa” çap evində işıq üzü görüb. Layihə dizayner Lembit Lıxmusa məxsusdur. Tirajı 25 min nüsxə təşkil edən marka poçt vərəqində 5 х 5 ölçülərində yer alıb.

 

Qeyd edək ki, Estoniyanın Vilyandi şəhərinin “Uqala” Dövlət Teatrı 5 yanvar 1920-ci ildə yaradılıb.



Onlayn konsultasiya