Anadolu agentliyinin 100 illiyi münasibətilə xatirə poçt markaları buraxılıb


09.01.2020 1489


Türkiyənin Anadolu xəbər agentliyinin yaranmasının 100 illiyi münasibətilə xatirə poçt markaları buraxılıb.

 

Türkiyə Poçt və Teleqraf Təşkilatı tərəfindən çap edilən üç marka Anadolu agentliyinin qurucuları - Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk, Halidə Ədip Adıvar və Yunus Nadi Abalıoğlunun adlarına hazırlanıb. Markaların üzərində bu tarixi şəxsiyyətlərin fotoları əks olunub.

 

Qeyd edək ki, qazı Mustafa Kamal Atatürkün tövsiyə və tapşırıqları ilə yaradılan Anadolu agentliyi bu il aprelin 6-da yüz yaşını qeyd edəcək. Türkiyə Böyük Millət Məclisindən 17 gün əvvəl fəaliyyətə başlayan agentlik ötən yüz ildə çətin və şərəfli yol keçərək, dünya informasiya məkanında özünə layiqli yer qazanıb.



Onlayn konsultasiya