“Bakutel-2019” sərgisi xarici qonaqların marağına səbəb olub
04.12.2019
2220
Ümumdüya Poçt İttifaqının EMS kooperativi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq keçirilən Avropa regionu EMS rəhbərlərinin “EMS-2024: Gələcəyə baxış” mövzusunda beynəlxalq simpoziumunda iştirak edən xarici qonaqlar “Bakutel-2019” sərgisini ziyarət ediblər.
Ümumdünya Poçt İttifaqının və dünyanın 16 ölkəsinin nümayəndələrinə “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi barədə geniş məlumat verilib. Bildirilib ki, sərgidə 23 ölkədən 238 şirkət iştirak edir. 11 ölkə tədbirə Milli pavilionla qatılıb.
Qonaqlar Azərbaycanın milli poçt operatoru olan “Azərpoçt” MMC-nin stendi ilə tanış olublar. 2019-cu il ərzində görülən işlər və əldə edilən nailiyyətlər barədə məlumatlar maraqla qarşılanıb.
Qeyd edək ki, Avropa regionu EMS rəhbərlərinin “EMS- 2024: Gələcəyə baxış” mövzusunda beynəlxalq simpoziumu Ümumdüya Poçt İttifaqının EMS kooperativi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir.