Sürətli Poçt Rabitəsi Xidmətləri rəhbərləri Bakıda toplanıb


02.12.2019 1851


Bakıda Avropa regionu Sürətli Poçt Rabitəsi Xidmətləri rəhbərlərinin beynəlxalq simpoziumunda iştirak etmək üçün ölkəmizə gələn nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Ümumdünya Poçt İttifaqının əməkdaşları və Sürətli Poçt Rabitəsi Xidmətlərinin (EMS) rəhbərləri iştirak edib.
 
Bildirib ki, Azərbaycanda ilk dəfə baş tutacaq Avropa regionu EMS rəhbərlərinin beynəlxalq simpoziumu əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
 
Görüş zamanı vurğulanıb ki, beynəlxalq tədbirin məhz bu günlərdə keçirilməsi təsadüfi deyil. Çünki ölkəmizdə “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekomunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi təşkil olunur. Dünyanın 16 ölkəsindən simpoziuma dəvət olunan iştirakçılar sərgini ziyarət edərək ölkəmizin texnologiya sahəsindəki yenilikləri ilə tanış olacaq.
 
Qeyd edək ki, Avropa regionu EMS rəhbərlərinin  “EMS- 2024: Gələcəyə baxış”  mövzusunda beynəlxalq simpoziumu Ümumdüya Poçt İttifaqının EMS kooperativi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin birgə təşkilatçılığı ilə 4-5 dekabr tarixlərində baş tutacaq.


Onlayn konsultasiya