Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə İordaniya və Qazaxıstan səfirləri ilə görüşüb


29.11.2019 1755


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə İordaniya Haşimlər Krallığının və Qazaxıstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfirləri Sami Abdullah Ğoşeh və Serjan Abdikərimov ilə görüşüb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşlərdə hər iki ölkə ilə Azərbaycan Respublikası arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşlər, xüsusilə, tanışlıq xarakteri daşıyıb.



Onlayn konsultasiya