Azərbaycan və Belarus birgə markalar dövriyyəyə buraxacaq


28.11.2019 2052


Dekabr ayının 3-də Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Belarusun və Azərbaycanın ortaq buraxılışı. Xalq nağılları” seriyası çərçivəsində poçt markalarını dövriyyəyə buraxacaq.

Poçt markaları Azərbaycan xalq nağıllarına həsr olunacaq. “Məlikməmməd” və “Qızıl quş” adlı nağıllar poçt markalarında öz əksini tapacaq.

Poçt məhsulu 117х139 mm ölçülərində hazırlanan poçt vərəqindən ibarət olacaq. Poçt vərəqində 4 marka təsvir olunacaq. Markalar isə 40х56 mm ölçülərində, 40 min tiraj ilə tədavülə buraxılacaq. Bundan əlavə 117х139 mm ölçülərində kiçik poçt vərəqi də hazırlanacaq.

Kiçik poçt vərəqi 15 min nüsxə təşkil edəcək.

Buraxılışa əlavə olaraq bədii markalı zərf və xüsusi ştempel də hazırlanacaq. Həmin ştempeldən xüsusi xatirə həkketməsinin həyata keçirilməsi üçün istifadə olunacaq.

Markaların dövriyyəyə buraxılması münasibəti ilə Bakıda və Minsdə tədbir keçiriləcək.



Onlayn konsultasiya