6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır!


06.12.2019 2224


Azərbaycan  rabitəsi zəngin tarixi köklərə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirmişdir. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin  dövlət səviyyəsində təşkilinin təməli qoyulmuşdur. 1881-ci il 6 dekabr tarixində isə “Nobel qardaşları cəmiyyəti”  tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilmişdir. Beləliklə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf etmiş, o dövr üçün geniş telefon şəbəkəsi  yaradılmışdır.

Rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2 dekabr 2006-ci ildə imzaladığı müvafiq Sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 

Heç şübhəsiz ki, Azərbaycanda rabitənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra mühüm qərarlar qəbul edilmişdir.

Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyi dövründə vüsət almışdır. Onun diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyuldu.

Bu sahədə çalışanların fəaliyyətini motivasiya etmək üçün onlar mütəmadi olaraq fəxri adlarla təltif olunurlar.

Sektoru təmsil edən rəhbər şəxs və nümayəndələrin üzərinə düşən isə yaradılan şəraitdən faydalanaraq ölkədə yüksək texnologiyalar sahəsinin inkişafını ən yüksək səviyyəyə çatdırmaq və Azərbaycanı İKT sahəsində lider dövlətə çevirməkdir.

 

 

 

 



Onlayn konsultasiya