"Azərpoçt" MMC və Dövlət Avtomobil Nəqliyyatı Xidməti birgə layihə təqdim edib


31.10.2019 2147


"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti və Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə birgə layihə həyata keçirilib.

Artıq Zaqataladan Bakıya səfər etmək üçün vətəndaşlar Avtovağzal Kompleksi ilə yanaşı, yaşadıqları ərazi üzrə ən yaxın poçt nümayəndəliyinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq bilet əldə edə biləcəklər. Şəxsiyyət vəsiqəsi təqdim edildikdən sonra Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinin operatoru ilə əlaqə saxlanaraq səfərin günü, saatı müəyyən olunacaq və sərnişinə bilet təqdim ediləcək.

Bu xidmət “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində vətəndaşların dövlət xidmətlərindən rahat istifadəsini təmin etmək məqsədilə icra olunur. Layihənin respublikanın digər şəhər və rayonlarında tətbiqinə dair müvafiq işlərə artıq start verilib.

Layihə vahid bilet sisteminə keçid prosesinin sürətləndirilməsinə də öz töhfəsini vermiş olacaq.



Onlayn konsultasiya