Qaziantep və Antalyanın milli geyimləri poçt markalarında


19.08.2019 1944


Türkiyənin Poçt və Teleqraf Təşkilatı (PTT) "Aralıq dənizi geyimləri" adlı poçt markalarını dövriyyəyə buraxıb. Poçt İttifaqı seriyası çərçivəsində tədavülə buraxılan poçt markaları Qaziantep və Antalya ərazilərinə məxsus olan milli geyimlərə həsr olunub.

Poçt markalarının dövriyyəyə buraxıldığı gün “İlk gün” zərfi və möhür hazırlanıb. Bundan əlavə markanın üzərinə xüsusi həkketmə həyata keçirilib. 

Hər markanın nominal dəyəri 2 lirə, tiraji isə 100 min nüsxə təşkil edir. Orijinal poçt markalarının ölçüləri  60×40 mm-dir. 

Qeyd edək ki, Türkiyənin milli geyimləri Aralıq dənizi mədəniyyətinin bir parçası hesab olunur və tarixi əsərlər kimi qorunub saxlanılır.

 



Onlayn konsultasiya