Nazirin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb


18.07.2019 379


Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev Göygöl rayonunda vətəndaşları qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin iyul ayında vətəndaşları qəbulu cədvəlinə əsasən təşkil olunan görüşdə Göygöl sakinlərinin nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.

Bir sıra vətəndaş müraciətləri yerindəcə öz müsbət həllini tapıb.

Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan müraciətlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.



Onlayn konsultasiya