Qeyri-standart marka dövriyyədə


10.07.2019 1999



Latviyanın poçt operatoru “Latvijas pasts” qeyri-standart formada poçt markasını dövriyyəyə buraxıb. Poçt markası Latviya çəmənliklərində tapılan müxtəlif rənglərdən toxunan çələng şəklində hazırlanıb və latışların “Liqo”adlanan qədim gün dönümü bayramına həsr olunub.
Qeyri-standart formada olan markalar filateliya dünyasında çox nadir sayılır. İlk dəfə belə formada marka 2018-ci ildə Latviyanın 100 illik yubileyi şərəfinə buraxılıb.
Poçt markasının nominal dəyəri 50 sent, tiraji isə 500 min nüsxə təşkil edir.
Poçt məhsulu “Baltijas Banknote Latvija” çap evində işıq üzü görüb. Dizaynı rəssam Qirts Qrivaya məxsusdur.
Buraxılışa əlavə olaraq 1000 ədəd “Birinci gün” zərfi də tədavülə buraxılıb.
 

 



Onlayn konsultasiya