Özbəkistan poçt markalarında heyvanlar


03.07.2019 1974


Özbəkistan Respublikası İnformasiya Texnologiyalarının və Kommunikasiyaların İnkişafı Nazirliyi “Daşkəndin zooparkı” seriyası çərçivəsində dörd poçt markası və bir poçt blokunu dövriyyəyə buraxıb.

52х37mm ölçülərində hazırlanan poçt markaları Daşkənd zooparkında yaşayan heyvanlara həsr olunub.

Poçt bloku isə 80х100mm ölçülərində tədavülə buraxılıb və üzərində özbək dilində latın qrafikası ilə “Daşkəndin zooparkı” sözu qeyd olunub.

Orijinal poçt markalarının tiraji 8 min nüsxə, poçt blokunun tiraji isə 5 min nüsxə təşkil edir. Eyniləşdirmə nömrələri verilərək nominallar müəyyən olunub.

Qeyd edək ki, bu maraqlı layihə rəssam Kim və dizayner Kanevetsa məxsusdur.



Onlayn konsultasiya