Məşhur rəssamın 175 illiyinə həsr olunan poçt bloku


27.05.2019 1717


29 may tarixində məşhur rus rəssamı İlya Repinin anadan olmasının 175 illik yubileyinə həsr olunan poçt bloku tədavülə buraxılacaq.

Poçt blokunun üzərində 1903-cü ildə rəssam İlya Repin tərəfindən Rusiya hökümətinin sifarişi ilə çəkilən “Dövlət şurasının təntənəli iclası” rəsm əsəri öz əksini tapacaq. Bundan əlavə İlya Repinin portreti və Rusiya Rəssamlıq Akademiyasının loqosu da öz yerini alacaq.

Poçt blokunun buraxılışına əlavə olaraq Moskva, Sankt-Peterburq şəhərləri üçün birinci gün zərfləri və ştempel də hazırlanacaq. 

Bu maraqlı poçt bloku 130×82 mm ölçülərində, markalar isə 65×32,5 mm ölçülərində təşkil olunacaq. Layihə dizayner-rəssam O.Savina məxsusdur. Orijinal markanın nominal dəyəri 100 rubl, tiraji isə 30 min nüsxədir.

Qeyd edək ki,  Peredvijniki Rəssamlar Dərnəyinin üzvü olan İlya Repin əsərlərində Ukrayna və Rusiyadakı gündəlik həyatı təsvir edərək sosial haqsızlıqları göstərməyə çalışıb. Bundan başqa tarixi və dini mövzularda rəsmlər, eləcə də bir sıra bəstəkar və yazıçıların portretlərini yaradıb. Əsərlərində rəng və işıq oyunlarını ustalıqla istifadə etməsi impressionizmin təsiri şəklində qiymətləndirilən, çəkdiyi insan portretləri isə duyğuları əks etdirməsi ilə önə çıxıb.

 


Onlayn konsultasiya