PostEurop Avropa markaları müsabiqəsinə start verildi


15.05.2019 1894


Ənənəvi olaraq hər il keçirilən PostEurop Avropa markaları müsabiqəsinə start verilib. 9 May tarixindən 9 sentyabr tarixinədək davam edəcək müsabiqədə sadəcə identifikasiya simvolu ilə xüsusi poçt markaları nəşr etmək hüququna malik olan PostEurop-un üzv ölkələrinin milli poçt operatorları iştirak edir. Müsabiqənin  mövzusu PostEurop-un marka və filatelistlər üzrə işçi qrupu tərəfindən seçilir. Bu ilin mövzusu “Milli quşlar” olub. Səsvermə xüsusi internet saytda, onlayn rejimdə keçiriləcək.

Qeyd edək ki, Avropa  poçt markaları dünyada ən çox tələb olunan və populyar markalardan biridir. EUROPA simvolu ilə ilk poçt markası 1956-cı ildə buraxılıb. Məhz bu vaxtdan etibarən Avropa markalarının müsabiqəsi keçirilməyə başlayıb.

Ötən il müsabiqənin qızıl qalibi Türkiyə, gümüş qalibi Polşa, bürünc qalibi isə Gürcüstan olub.

 



Onlayn konsultasiya