Poznan Universitetinin 100 illiyinə həsr olunan poçt bloku


08.05.2019 1860


Polşa poçtu məşhur Poznan Universitetinin 100 illik yubileyinə həsr olunan poçt markalı bloku tədavülə buraxıb.

Poçt blokunun üzərində  Poznan Universitetinin təsisçisi və birinci rektoru olan Heliodor Sventsitskinin (1854-1923) portreti öz əksini tapıb. Bu maraqlı poçt bloku 90×70 mm ölçülərində hazırlanıb və bir markadan ibarətdir. Markanın ölçüsü isə 31.25x39.5 mm təşkil olunub. Layihə dizayner-rəssam Bojidar Qrozdeva məxsusdur. Orijinal markanın nominal dəyəri 8.40 PLN, tiraji isə 100 min nüsxədir.

Qeyd edək ki, Poznan Universiteti Polşanın ən böyük universitetlərindən biridir. Univeristet 7 may 1919-cu ildə qurulub. Artıq 100 ildir ki, ən yaxşı tibb universiteti kimi taninir. Burada yüksək səviyyədə, peşəkarlar tərəfindən tibb elmləri tədris edilir. Poznan Universiteti həmçinin Polşanın ən böyük elmi-tədqiqat, klinik mərkəz kimi tanınır. 1955-ci ildən bu günə qədər Polona Saira Adam Mickieviczin adını daşıyır. Universitet ilk 20 ildə hüquq, iqtisadiyyat, tibb, riyaziyyat, insan və təbiət bilgilərindən təhsil verib.



Onlayn konsultasiya