Yeni poçt markası tədavüldə


09.04.2019 1933


Xorvatiya poçtu “Pasxa-2019” adlı poçt markasını tədavülə buraxıb. Pasxa bayramına həsr olunan bu poçt markası on il ərzində hər il fərqli motivlərlə təqdim olunur. Bəzən markalarda dini, bəzən də dünyəvi mövzulara yer ayrılır. Maraqlısı odur ki, Pasxa bayramına həsr olunan markalarda xüsusilə dovşan əks olunur. Bu il də ənənəvi olaraq poçt markasının üzərində dovşan təsvir olunub.

Bu maraqlı poçt markasının nominal dəyəri 3.10 HRK, tiraji isə 100 min nüsxə təşkil edir. Dizaynı Ariana Norşiça məxsus olan bu poçt vərəqi 20 markadan ibarətdir və 82х35,50 mm ölçülərində təqdim olunub.

Qeyd edək ki, ilk Pasxanı qədim yəhudilər İsa peyğəmbərin mövludundan 1500 il əvvəl israillilərin Musa peyğəmbərin başçılığı ilə Misiri tərk etməsi münasibətilə bayram ediblər. Tarixi əsərlərdə Pasxa bayramı yəhudi xalqının Misir köləliyindən qurtulduğunu göstərən təqvim kimi qeyd olunur. "Pasxa" sözü qədim yəhudi dilində "çıxma", "qurtulma" deməkdir.



Onlayn konsultasiya