Dünyanın diqqətində olan beynəlxalq sammit şərəfinə marka


13.03.2019 1887


Vyetnam poçtu KXDR-ABŞ sammitinin şərəfinə poçt məhsulunu dövriyyəyə buraxıb.

Marka dəstinə daxil olan bir markanın nominal dəyəri 17 sent təşkil edir. Məhz bu markanın ölçüsü 43x32 mm-dir. Bundan əlavə 222x114 mm ölçülərində poçt bloku da hazırlanıb.

Marka dəstində Vyetnam bayrağı, dünya quşu "davamlı sülh üçün tərəfdaşlıq" sözləri yazılıb, eyni zamanda ABŞ və KXDR ölkələrinin liderlərinin əl sıxma təsviri öz əksini tapıb. Bu təsvirlər Vyetnamın beynəlxalq tədbirlərini təşkil etmək, dostluq, qonaqpərvərlik və qlobal problemlərin artdığı dünyada sülh yaratmağın məsuliyyətinin dərk olunması istiqamətində atılan addımların davamlılığını  göstərir.

Markada Hu Van Pavilionu və KXDR-ABŞ-ın ikinci sammitinın təşkil olunduğu Hanoy şəhərinin paytaxtının simvolu da yer alıb.

Marka dəsti poçt rəssamları Nquen Du və To Min Çanq tərəfindən hazırlanıb.

Adıçəkilən poçt məhsulları bu ildən 2020-ci ilə qədər  bütün poçt şöbələrində satışda olacaq.



Onlayn konsultasiya