Azərpoçtun “DOST xonçası”


12.03.2019 2119


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Novruz bayramı  münasibəti ilə   başlatdığı  “DOST xonçası” kampaniyasına “Azərpoçt” MMC olaraq biz də qoşulduq.

Kampaniya çərçivəsində Səbail rayonunda tənha yaşayan 82 yaşlı Sara Fərzəliyevanın qonağı olduq, Azərbaycanın  200 yaşı olan qədim poçtu və kollektivimiz adından bayramını təbrik etdik.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi bu xeyirxah aksiyada  məqsəd  tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını aşılamaq, nəsillərdən nəsillərə ötürülən bu adət-ənənəmizi qoruyub saxlamaqdır.

Bu aksiyaya hər qurum və ya hər kəs qoşula bilər. Aksiyanı davam etdirənlərdən bu barədə facebook səhifəsində postlarını #dostxonçası “hashtag”ı altında paylaşmaları xahiş olunur.

“Azərpoçt”MMC olaraq  “DOST xonçası” adlı nəcib aksiyaya qoşularaq, növbəti mərhələdə aksiyanı davam etdirməsi üçün  Bakı Beynəlxalq Avtovağzal Kompleksinə ötürdük.



Onlayn konsultasiya