Rusiya Poçtu Çin Respublikası ərazisində aviasiya marşrutu şəbəkəsini genişləndirir


06.03.2019 233


Rusiya Poçtu Çin Xalq Respublikası ərazisində aviasiya marşrutu şəbəkəsini genişləndirir. Bir ay ərzində Rusiya Poçtunun yük təyyarələri Xançjou, Çjençjou və Xarbin reyslərinə əlavə olaraq, Nankin şəhərinə uçuşlara başlayacaqlar.  

2018-ci ildə Rusiya Poçtunun təyyarələri Çin Xalq Respublikasının şəhərlərinə  hər həftə 2-5 dəfə uçuşlar həyata keçirib. Daimi aviasiya marşrutları Çindən göndərilən artan yüklərin çatdırılmasını sürətləndirir ki, bu, da Rusiyaya daxil olan beynəlxalq bağlamaların ümumi sayının 90 faizdən çoxunu təşkil edir.  

Keçən il Rusiya Poçtu yalnız xarici bağlamaların rekord həcmini deyil, həmçinin  Çindən göndərilən yüklərin rekord sayını da qeydə aldı. Belə ki, bu rəqəm 26 faiz artıb və 320 milyon ədədə çatıb.

Rusiya Poçtunun şəxsi təyyarələri Çin ərazisindən 182 uçuş həyata keçirib və Rusiyaya təxminən 4 milyon kq. poçt göndərmələri gətirib. Mal axınının artan dinamikası ÇXR ərazisində marşrut şəbəkəsini genişləndirmək zərurətini ortaya çıxarır.



Onlayn konsultasiya