Mimoza markalarda


20.02.2019 1982


Çernoqoriya poçtu “Pošta Crne Gore” “Mimoza festivalının 50 illiyinə” həsr olunan poçt markasını dövriyyəyə buraxıb.

Poçt markasının nominal dəyəri 50 sent, ölçüləri isə 35.00 х 29.00 mm təşkil edir. Poçt məhsulu «Blicdruk»  çap evində işiq üzü görüb. Dizaynı Corce Radeviça məxsusdur.

Çernoqoriya poçt xidməti “Pošta Crne Gore” Mimoza Festivalının 50 illiyi çərçivəsində xatirə möhürü və ilk gün zərfini də tədavülə buraxıb.

Qeyd edək ki, Mimoza festivalı 1969-cu ildə “Boka Kotorska” Turizm Birliyi və Herseq Novi şəhərinin bələdiyyəsi tərəfindən təsis edilib. Herseq-Novi şəhərində qış turizm mövsümünü ən yaxşı şəkildə təbliğ edən və əlli il davam edən festivala görə Herseq-Novi şəhəri Avropa Karnaval Şəhərlər Federasiyasının üzvü olub. Herseq-novi şəhərində keçirilən bu festival mimoza gülünə həsr olunub və bütün tədbir boyu mimoza gülü nümayiş etdirilir. Şəhərin hər yeri bu güllə bəzədilir.

 



Onlayn konsultasiya