“Sağlamlıq – 2018” Respublika Spartakiadası başa çatdı


18.02.2019 1578


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sağlamlıq – 2018” Respublika Spartakiadasına yekun vurulub.

Artıq 23-cü dəfədir təşkil edilən idman tədbirində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar  Nazirliyinin  tabeli  qurum və müəssisələrinin komandaları yarışıblar.

Spartakiadada səkkiz idman növü üzrə (güllə atıcılığı, stolüstü tennis, kross qaçışı, voleybol, kəndirdartma, nərd, şahmat, dama) yarışlar təşkil edilib.

Komandaların böyük həvəslə qatıldığı yarışlar gərgin idman mübarizəsi şəraitində keçib.

Spartakiadanın yekun nəticələrinə görə, ümumkomanda hesabında yerlər aşağıdakı kimi olub:

1. “Bakı Telefon Rabitəsi” MMC

2. “Aztelekom” MMC

3. Dövlət Radiotezlikləri İdarəsi

4. Məlumat Hesablama Mərkəzi

5. Dövlət Avtomobil Nəqliyyatı Xidməti

6. “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC

7. “Teleradio” İstehsalat Birliyi

8. “Azərpoçt” MMC

9. “AzInTelecom” MMC

10. Dövlət Dəniz Agentliyi

11. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı – 2

12. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı – 1.

Qeyd edək ki, spartakiadanın ümumkomanda birinciliyində 1-3-cü yerləri tutan komandalar xatirə kubokları, ayrı-ayrı idman növlərində 1-3-cü yerləri tutan komandaların üzvləri,eləcə də şəxsi yarışlarda 1-ci yeri tutan idmançılar diplom və hədiyyələrlə təltif olunurlar.

 



Onlayn konsultasiya