Poçt haqqında ən yaxşı yazı


14.02.2019 2847


“Belpoçta”nın  jurnalistlər arasında keçirtdiyi “Poçt haqqında ən yaxşı yazı” müsabiqəsi başa çattı. “Belpoçta” poçt haqqında olan bütün yazıların ən yaxşı müəlliflərini mükafatlandırdı.

Hər il yaradıcılıq  müsabiqəsində iştirak edən respublika jurnalistləri öz oxucularına, tamaşaçılarına və dinləyicilərinə şirkətin ən mühüm hadisələrindən, yenilik və uğurlarından, poçt işinin peşəkarlarından maraqlı, maarifləndirici yazılar təqdim edirlər.

Bu dəfəki müsabiqəyə 70 jurnalist tərəfindən təqdim edilən yazı və reportajların başlıca qəhrəmanları poçt işçiləri, öz peşəsini sevən məsuliyyətli, əməksevər, səmimi insanlar olan poçtalyonlar, sürücülər, əməliyyatçılar, çeşidləyicilər, texniklər olublar. Poçt bütün bu insanların həyatının mühüm hissəsidir.

2018-ci ildə çap və elektron KİV jurnalistləri arasında “Poçt haqqında ən yaxşı yazı” müsabiqəsi Yurd ilinə həsr olunub və poçt mövzusunda yazan jurnalistlərə dəstək məqsədilə keçirilib.

“Belpoçta” RUM etibarlı körpüdür. Uğura aparan peşə yolu” adlı mövzulara həsr olunan bu musabiqə 2018-ci ilin 1 iyun tarixində start verilib. Müsabiqənin qalibləri diplom və mükafatlarla təltif olunub.



Onlayn konsultasiya