2 yaşlı "Şəbəkə"


10.02.2019 2180


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə “Azərpoçt” MMC-nin tərkibində yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçdi.

Bu münasibətlə “Şəbəkə”nin rəsmi facebook səhifəsində maraqlı müsabiqə keçirilib.  Müsabiqədə  iştirak edən, mövcud Şəbəkə mərkəzlərinin göstərdiyi xidmətlər barədə məlumatlı olan və 3 suala doğru cavabı yazan ilk 5 izləyicimiz qalib elan olunub. Qaliblər “Şəbəkə”nin ad günü 10 fevral  tarixində  xidmət mərkəzinə dəvət olunaraq, “Azərpoçt” MMC tərəfindən təqdim olunan smartfon telefonlarla mükafatlandırılıb. Həmin gün "Şəbəkə"nin fəaliyyətində xüsusi fərqlənən əməkdaşlara da təşəkkürnamələr təqdim olunub.

Hazırda respublika üzrə 9 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda (Yasamalda 2, Binəqədi 2, Səbail 1,   Xəzər 1), digər 3-ü isə Cəlilabad, Zaqatala və Sumqayıt şəhərlərində yerləşir. Növbəti Şəbəkə xidmət mərkəzi qısa zaman sonra açılması planlaşdırılır.

 “Şəbəkə” xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 8 qurumu tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. "Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın  artırılmasıdır. Qeyd edək ki,  ilin yanvar ayı da daxil olmaqla mövcud “Şəbəkə” xidmət mərkəzlərinə 2 milyona yaxın vətəndaş müraciət edərək göstərilən müxtəlif xidmətlərdən faydalanıb.

"Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri  göstərilir. Eyni zamanda “Şəbəkə” xidmət mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka və açıqcaların satışı, pul köçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların İMEİ qeydiyyatı həyata keçirilir.

Müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. Şəbəkələrdə  “SmartPay”  ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür.

Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstərilir. “Şəbəkə” və “Azərpoçt” MMC-yə məxsus 169 Çağrı mərkəzi isə həftənin bütün günləri 24 saat ərzində daxil olan bütün sorğuları qəbul edir, cavablandırır.  Eyni zamanda “Azərpoçt” MMC-nin rəsmi saytındakı onlayn konsultasiya vasitəsilə müraciətlərinizi ünvanlaya bilərsiniz. “Azərpoçt” MMC və “Şəbəkə”-yə məxsus facebook səhifələrindən də operativ olaraq bizimlə əlaqə saxlamaq mümkündür.

 “Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Yaxın zamanlarda xidmət mərkəzlərinin respublikanın  bütün iri şəhər və rayonlarında da fəaliyyət göstərməsi nəzərdə tutulub.

 

 

 

 

 



Onlayn konsultasiya